Icma.az
close
up
RU
Naxçıvanda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimatı keçirilib

Naxçıvanda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimatı keçirilib

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Mədəniyyətin TəbliğI İctimai Birliyi “Şəhidlərə həsr olunmuş nəşrin hazırlanması” layihəsi davam edir. Layihənin sonuncu mərhələsi haqda Milli Mədəniyyətin TəbliğI İctimai Birliyinin sədri, layihə rəhbəri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova məlumat verib: “Sentyabrın 1-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin böyük akt zalında “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirildi. İki hissədən (rəsmi və bədii) ibarət təqdimatda Naxçıvan şəhər İH başçısı aparatının Vətən müharibəsi iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, millət vəkilləri Gülxarə Tarverdiyeva, Ülkər Bayramova, Zeynəb Quliyeva, Üzeyr Məmmədov, Şəhla Əhmədova, Xumar Məmmədova və Bəhruz Məmmədov, Naxçıvan Yazıçılar Birliyinin üzvləri, ictimai fəallar, tələbələr, şəhid ailələri iştirak etdilər.

Təqdimat Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün soydaşlarımızın əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlandı. İlk söz Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək bütün qonaqları salamladı”.

Asəf Ruşanovun çıxışından sonra tədbir Jalə Cəfərovanın hər şəhidə həsr etdiyi monoloqla davam edib. Bundan sonra layihə rəhbəri Jalə Cəfərova növbə ilə çıxışçılara söz verib.

Təqdimatda Naxçıvan şəhər İH başçısı aparatının Vətən müharibəsi iştirakçıları ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov bildirib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinin yaşadılması və gənc nəslə örnək kimi tanıdılması mühüm vəzifədir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Rövşən İsmayılxanov qeyd edib ki, bu kimi layihələr şəhidlərin müqəddəs amal uğrunda keçdiyi şərəfli yolu cəmiyyətə daha yaxından tanıdır. Babək rayon Dini İşlər üzrə icmanın sədri Hacı Qasım Qasımov deyib ki, şəhidlik ən ali mərtəbədir, onların xatirəsinin uca tutulması həm dini, həm mənəvi borcumuzdur. Şairə jurnslist Təranə Arifqızı bildirib ki, kitab bədii və mənəvi dəyəri ilə yaddaşlara həkk olunduğunu, şəhidlərimizə bir minnətdarlıq nümunəsidir. Baş leytenant Abbasəli İsmayılovun anası Tamara xanım övladını Vətənə fəda etmiş bir ana kimi bu təşəbbüsdən qürur duyduğunu vurğulayıb, leytenant Emin Sadiqovun anası oğlunun adının yaşadılmasından duyduğu minnətdarlığı ifadə edib, onun vətənpərvərliyindən danışıb, millət vəkili Gülşad Sadiqova qeyd edib ki, şəhid ailələrinin yanında olmaq hər birimizin mənəvi borcudur, belə kitablar bu borcun bir ifadəsidir, leytenant Şəhriyar Məmmədovun ailəsi adından qaynı Səttar Zamanov, bacısı Çinarə Məmmədova şəhidin əziz xatirəsinin belə layiqincə yaşadılmasından məmnunluqlarını bildiriblər.

Şəhriyar Məmmədovun adını daşıyan 2-ci sinif şagirdi dayısına həsr olunmuş şeir deyib. Şəhidin anası Ceyran xanım kitabın müəllifinə və zəhməti keçən hər kəsə sonsuz təşəkkürünü bildirib. Daha sonra Sədərək rayonu Dəmirçi kənd tam orta məktəbinin direktoru Şükür Allahverdiyev çıxış edərək Emin Sadiqovun adına bu ilin may ayında açılan sinif otağı, məktəbdə keçirilən tərdbirlər haqda, eyni zamanda vətən oğulları haqda fikirlərini bölüşüb. “Məktəbdə şəhidlərin adını daşıyan siniflərin yaradılması gənclərin vətənpərvərlik tərbiyəsində önəmlidir”,-deyə o əlavə edib. Kənd sakini təqaüddə olan baş müstəntiq Sudeyf Əhmədov isə qeyd edib ki, Vətən uğrunda canından keçənlərin xatirəsi daim yaşamalıdır, bu cür tədbirlər tarixi yaddaşdır. Təqdimatın bədii hissəsi hər kəsi duyğulandırıb.

Çıxışlardan sonra Jalə Cəfərovaya plaket və Azərbaycan qadının qeyrət rəmzi olan kəlayğı hədiyyə edilib.

Jalə Cəfərova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rhbərliyinə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevə, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayeva, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyeva, bədii tərtibatın rəhbəri Araz Məmmədova və zəhməti keçən hər kəsə təşəkkür edib.

Sonda xatirə şəkilləri çəkdirilib.

Xatırladaq ki, tədbir haqqında Naxçıvan Dövlət Telvizyasında xəbər yayımlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri