Naxçıvanda XI siniflər üçün tədris ilinin ikinci buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 17 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən dekabrın 21-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin növbəti buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, monitorinqdə 4 minə yaxın şagirdin iştirakı nəzərdə tutulur.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunacaq.
Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlərimiz tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















