Naxçıvanda tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçirilib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
IX, XI siniflər üçün tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçirilib.
APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 2-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX, XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçirilib.
Monitorinqdə 8 mindən artıq şagird iştirak edib.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.
Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlərimiz tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 Noyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















