Naxçıvanda yaşayış binasında yanğın olub: Sakinlər təxliyə edilib FOTOLAR
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşayış binasının zirzəmisində yanğın baş verib.
"Cebheinfo.az" xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 20-ə yaxın sakin təxliyəsi həyata keçirilib.
Mənzillər yanğından mühafizə olunub.
"Cebheinfo.az"

Naxçıvanda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
05 Avqust 2025 11:57
Naxçıvanda yaşayış binasında yanğın Sakinlər təxliyə olundu
05 Avqust 2025 15:59
Yasamalda yaşayış binasında yanğın olub Sakinlər təxliyə edilib
09 Fevral 2025 11:22
Yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu
28 Fevral 2025 22:09
Sumqayıtda yaşayış binasında yanğın: Sakinlər təxliyə ediliblər
14 May 2025 10:44

