Naxçıvanda yeni nəsil NKA lar vasitəsilə qeydə alınan dövriyyə 24,3 faiz artıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan, 13 noyabr, AZƏRTAC
Bu ilin yanvar–oktyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur.
Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,7 milyon manatdan çox olub.
Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 10 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 409,8 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 80,1 milyon manat və ya 24,3 faiz çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 13 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















