Naxçıvandakı hakimlərdən ibrətamiz davranış DAHA BİR HAKİM SİFARİŞLİ İŞƏ ÇIXMAQDAN İMTİNA ETDİ
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan şəhər Məhkəməsinin hakimi Aslan Heydərov universitet müəllimi Aysel Quliyevaya qarşı sifarişli işi icraata götürməkdən imtina edib.
Gununsesi.info xatırladır ki, ötən həftədə də məhkəmənin digər hakimi Gülsüm Əliyeva həmin işə baxmaqdan imtina etmişdi.
Söhbət NDU rəhbərliyinin müəllim Aysel Quliyevanı demədiyi sözə görə məhkəməyə verməsindən gedir. Hakim Aslan Heydərov da məhz bu məqamı əsas gətirərək, işi icraata götürməkdən imtina edib. O, qərarını bu cür əsaslandırıb:
„… şikayətçinin təhqir hesab etdiyi “Gündəlik Naxçıvan” səhifəsindəki yazıların məhz şikayət olunan şəxs (red.: Aysel Quliyeva) tərəfindən yazılmasını təsdiq edən sübutlar şikayətə əlavə edilməmişdir.“
İcraata götürülməyən bu absurd şikayəti tərtib edən isə şikayətçinin müdafiəçisi, Naxçıvan Vəkillər Kollegiyasının sədri Vüsal Həsənovdur. “Gündəlik Naxçıvan” yazır ki, p, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır.
Gununsesi.info
Baxış sayı:119
Bu xəbər 15 Sentyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















