Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Naxçıvandan Budapeştə uzanan yol: Türk Dövlətləri üçün yeni mərhələ Hulusi KILIÇ yazır

Naxçıvandan Budapeştə uzanan yol: Türk Dövlətləri üçün yeni mərhələ Hulusi KILIÇ yazır

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Türk Dövlətləri Təşkilatının 20-21 may tarixlərində Budapeştdə keçirilən Dövlət və Hökumət Başçılarının Zirvəsi tarixi əhəmiyyət daşıyır. Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv olsa da, Baş nazir Viktor Orban Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvəsini Budapeştdə təşkil etdi və ilk Türk Ailə Məclisini toplayaraq mükəmməl ev sahibliyi göstərdi. Avropanın mərkəzi Budapeştdə ilk dəfə Türk Ailə Məclisinin toplanması tarixi bir hadisədir.

Baş nazir Orban 2018-ci ildə Macarıstanın, əvvəlki adı ilə Türk Şurasına müşahidəçi olaraq daxil olmasını təmin etmişdi. 2021-ci ildə Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsindən sonra Macarıstan təşkilat daxilində fəaliyyətlərini üzv dövlət kimi davam etdirmiş və Budapeştdə təşkilatın ofisini açmışdır. Baş nazir Viktor Orban bu qeyri-rəsmi zirvəyə ev sahibliyi edərək Təşkilata verdiyi əhəmiyyəti və dəstəyi konkret şəkildə göstərmişdir.

Baş nazir Viktor Orban, Azərbaycanın lideri cənab Prezident İlham Əliyev kimi “Nəyi, nə zaman və necə edəcəyimi mən bilirəm” deyən, Avropa Birliyi daxilində xalqının və ölkəsinin maraqlarını ön planda tutaraq müstəqil siyasət aparan bir liderdir. Başqa sözlə, o bir igiddir.

Budapeşt Zirvəsi baş nazir Orbanın Avropada “tək” olmadığını, yanında ailəsindən, Avropanın fiziki və enerji təhlükəsizliyini təmin edən, Avropanın ehtiyac duyduğu zəngin neft, təbii qaz və mədən ehtiyatlarına malik qardaş ölkələrin olduğunu öncə Avropaya, sonra isə bütün dünyaya açıq şəkildə nümayiş etdirmişdir. Bu zirvə baş nazir Orbanın Avropadakı gücünü, nüfuzunu və nüfuz dairəsini artırmışdır.

Budapeşt Zirvəsi ilə Brüsselə “Siz Özbəkistana gedirsinizsə, biz də Avropanın mərkəzindəki qardaş ölkə Macarıstana gəlirik” mesajı verilmişdir.

Cənab Prezident İlham Əliyev Prezident seçildikdən sonra 14 fevral 2024-cü il tarixində keçirilən andiçmə mərasimindəki çıxışında Türk Dünyası üçün “böyük coğrafiya, böyük ərazi” demişdi. Budapeşt Zirvəsi bu sözün nə qədər dəqiq və yerində olduğunu göstərmişdir. Belə ki, Türk Dövlətləri Qazaxıstandan Macarıstana uzanan böyük bir coğrafiyada yerləşir. Moldova Respublikasında yerləşən Qaqauz Yeri də nəzərə alınarsa, Türk dünyasının coğrafiyasının nə qədər böyük və geniş olduğu daha aydın şəkildə anlaşılır.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin siyasi, iqtisadi və hərbi güclərinə, coğrafi mövqeləri ilə təmin etdikləri regional və qlobal enerji və logistik imkanlara baxdıqda böyük qürur hissi keçiririk.

Bu baxımdan təşkilat daxilində:
• Avropanın ən böyük ordusuna, NATO üzvlüyünə və NATO-nun ikinci ən böyük ordusuna sahib, G-20 üzvü və Asiya ilə Avropa qitələrini birləşdirən Türkiyə mövcuddur;
• 10 Avropa ölkəsinə – bunlardan 8-i Avropa Birliyi üzvüdür – enerji təminatı verən, Cənubi Qafqazda və yerləşdiyi bölgədə günü-gündən güclənən, söz sahibi olan, coğrafi mövqeyi ilə strateji açar rolu oynayan Azərbaycan vardır;
• NATO və Avropa Birliyi üzvü olan, güclü və qətiyyətli siyasət yürüdən, hər il təşkil etdiyi Hun-Türk Qurultayı ilə Türk birliyinə önəm verən Macarıstan vardır;
• 2.724.900 kvadrat kilometrlik geniş və münbit ərazisi ilə dünyanın doqquzuncu ölkəsi olan, zəngin təbii enerji resurslarına malik, bölgəsində parlayan bir ulduz kimi yüksələn Qazaxıstan vardır;
• Cənab Şavkat Mirziyoyevin Prezident seçilməsindən sonra bölgədə güclənən, dünyada hörmət qazanan, sərmayə imkanları yaradan, zəngin mədənlərə və geniş münbit torpaqlara sahib Özbəkistan vardır;
• Eləcə də İpək Yolunun üzərində yerləşən, Orta Asiyada strateji coğrafi mövqeyə sahib Qırğızıstan vardır.

TDT-nin Budapeşt Zirvəsinə nəzər saldıqda iki əsas çatışmazlıq görünürdü: biri Türkmənistan, digəri isə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC). Qardaş Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzv olması böyük əhəmiyyət daşıyır. TDT hərbi ittifaq və ya NATO kimi müdafiə təşkilatı deyil. TDT eyni soy, mənşə, tarix, mədəniyyət və dil birliyi – ortaq dəyərlər üzərində qurulmuşdur. Təşkilat strukturu baxımından Tehranda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi bir qurumdur. Türkmənistanın ən qısa müddətdə TDT-yə üzv olması gözlənilir. Türkmənistanın üzvlüyü təşkilata güc qatacaqdır.

Digər əskiklik isə Türk Dünyasının əhəmiyyətli bir hissəsi olan ŞKTC-dir. ŞKTC Şərqi Aralıq dənizindəki strateji mövqeyi ilə burada Türk qalası funksiyası daşıyır. BMT və Aİ tərəfindən tətbiq edilən haqsız və ədalətsiz siyasətlər və qəbul edilən qərarlar səbəbilə bu dövlət izolə edilmişdir. Qardaş ölkələrin bu haqsızlığı görərək ŞKTC ilə yaxın əməkdaşlıq etmələri və yaxın gələcəkdə tanımaları gözlənilir.

TDT-yə üzv ölkələr Şərqlə Qərb arasında yerləşdiklərindən Avropa, Asiya və Afrika qitələrinə vacib logistik imkanlar təqdim edirlər. Bu çərçivədə Türkiyə və Azərbaycanın əməkdaşlığı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars İpək Dəmir Yolu Pekinlə Londona qədər uzanan əsrin ən mühüm nəqliyyat layihəsidir. Bu layihə təqdim etdiyi imkanlar baxımından Türk Dövlətləri Təşkilatına bölgədə və dünyada əhəmiyyətli nüfuz qazandırır.

Bu fürsətdən istifadə edərək, Türk Dövlətləri Təşkilatının institusional mahiyyətə çevrilməsində Prezident cənab İlham Əliyevin oynadığı tarixi rolu xatırlatmaq istəyirəm.

Türk dövlətləri müstəqilliklərini elan etdikdən sonra liderlər nizamsız şəkildə bir araya gəlirdi. Mən 2009-cu ildə Azərbaycanda səfir idim. Cənab Prezidentin təşəbbüsü və dəvəti ilə 3 oktyabr 2009-cu ildə Naxçıvanda keçirilən Türk dövlətləri zirvəsində Naxçıvan Sazişi ilə Türk Şurası qurulmuşdur. Beləliklə, cənab Prezidentin təşəbbüsü nəticəsində Türk dövlətlərinin liderləri müntəzəm aralıqlarla bir araya gəlməyə başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra isə 2021-ci ildə Türk Şurası Türk Dövlətləri Təşkilatına çevrilmişdir. Türk dövlətlərinin liderlərinin Bakıda deyil, Türk Dünyasının qapısı sayılan Naxçıvanda bir araya gəlmələri dərin bir baxışın göstəricisidir.

Bundan əlavə, rəsmi zirvələrdən başqa TDT liderlərinin hər il qeyri-rəsmi zirvədə də bir araya gəlməsi təklifi cənab Prezident tərəfindən irəli sürülmüşdür. Beləliklə, Türk Dövlətləri liderləri ildə iki dəfə görüşmək imkanı qazanmışdır.

3 oktyabr 2009-cu ildə Naxçıvanda başlanan yol 21 mayda Budapeştə qədər uzanmışdır.

Gələcək dövrdə Türk dövlətləri arasında ticarətin artması, gömrük birliyinin formalaşması, TDT ərazisində insanların şəxsiyyət vəsiqəsi ilə sərbəst hərəkət etməsinin təmin olunması və bu coğrafiyanın ortaq bazara çevrilməsi gözlənilir.

İqtisadi güc çox önəmlidir. İqtisadi güc olmadıqda siyasi güc də olmur. İqtisadi güc artdıqca siyasi güc və nüfuz da artır.

Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənən mühüm bir iqtisadi gücə çevrilmişdir.

Nəhayət, TDT ortaq soy, mənşə, tarix və dil bağları üzərində qurulmuş bir təşkilatdır. Türk Dövlətləri Təşkilatı heç bir ölkəyə qarşı deyil, heç bir ölkə üçün təhdid deyil və sülh, əməkdaşlıq və yaxşı qonşuluq münasibətlərinin tərəfdarıdır. Bunun ən açıq sübutu TDT-yə üzv ölkələrin Rusiya-Ukrayna müharibəsində nümayiş etdirdikləri neytrallıq siyasətidir.

TDT üzvlərinin hər iki ölkəyə münasibətdə yürütdükləri siyasət onların sülhdən yana olduqlarını açıq şəkildə göstərir.

Türk Dövlətləri Təşkilatı bu gün siyasi, iqtisadi və hərbi baxımdan regional gücə çevrilmişdir. Regional və qlobal sülhə, fiziki və enerji təhlükəsizliyinə, inkişaf və rifaha töhfə verməkdədir.

TDT üzv dövlətlərin göstərəcəyi birgə səylər, əməkdaşlıq və həmrəylik nəticəsində dünyada söz sahibi olan və hörmət edilən qlobal bir güc mərkəzinə çevriləcəkdir.

Bu məqsədlə ortaq siyasi, iqtisadi və hərbi iradə mövcuddur. Bu iradə hər il daha da güclənməkdədir. Bu ilin sonunda Azərbaycanda keçiriləcək rəsmi zirvədə qəbul olunacaq qərarlar təşkilata yeni güc və ölçü qazandıracaqdır.

21-ci əsr Türk əsri olacaq.
Gücümüz birliyimizdədir. Birliyimiz gücümüzdür.
“Türkəm” deyən hər kəsə nə xoş!

26 may 2025
Hulusi KILIÇ
Türkiyə Respublikasının Azərbaycanda sabiq səfiri
İMZA İB-nin Türkiyə təmsilçisi
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri