Icma.az
close
up
RU
Naxçıvanın tarixi mədəni irsi milli kimliyimizin təməlidir

Naxçıvanın tarixi mədəni irsi milli kimliyimizin təməlidir

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın sosial-iqtisadi inkişafı ilə yanaşı, onun zəngin tarixi-mədəni irsinin qorunması məsələlərinə xüsusi diqqət yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Naxçıvanın gələcəyi yalnız müasir inkişaf göstəriciləri ilə deyil, həm də əsrlər boyu formalaşmış milli-mədəni dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması ilə ölçülür.

Naxçıvan qədim tarixə, zəngin mədəniyyətə və özünəməxsus memarlıq ənənələrinə malik olan Azərbaycan torpağıdır. Bu qədim diyarın tarixi yalnız keçmişin yadigarı deyil, həm də Azərbaycan xalqının milli yaddaşının mühüm parçasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Naxçıvan bir vaxtlar qüdrətli Atabəylər dövlətinin paytaxtı olub. Həmin dövrdən və sonrakı əsrlərdən günümüzədək gəlib çatan tarixi-mədəni abidələr Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin qiymətli nümunələridir.

Bu baxımdan Möminə xatun məqbərəsinin bərpası xüsusi əhəmiyyət daşıyır. XII əsr Azərbaycan memarlığının möhtəşəm nümunəsi olan bu abidənin kompleks bərpası və konservasiyası ilə bağlı işlərin davam etdirilməsi dövlət səviyyəsində diqqət göstərilən məsələlərdəndir. Prezident İlham Əliyevin martın 16-da imzaladığı sərəncamla da Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb.

Möminə xatun məqbərəsi yalnız memarlıq abidəsi deyil. Bu möhtəşəm əsər Azərbaycan memarlıq məktəbinin dünya mədəniyyətinə bəxş etdiyi nadir incilərdən biridir. Onun müəllifi, böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaradıcılığı Naxçıvanın memarlıq tarixində xüsusi mərhələ təşkil edir. Əcəminin 900 illiyinin 2026-cı ildə müxtəlif tədbirlərlə qeyd olunması da böyük memarın irsinin müasir dövrdə yaşadılmasına verilən önəmin göstəricisidir.

Prezidentin səfər çərçivəsində Əcəmi Naxçıvaninin şərəfinə ucaldılmış abidəyə diqqət çəkməsi də rəmzi məna daşıyır. Abidənin arxasında Əcəminin ölməz əsəri – Möminə xatun məqbərəsinin yerləşməsi Naxçıvanın tarixlə müasirliyin qovuşduğu məkan olduğunu bir daha nümayiş etdirir. Bu mənzərə keçmişə ehtiramın, milli irsə sahib çıxmağın və böyük sənətkarların xatirəsini yaşatmağın ifadəsidir.

Naxçıvanın tarixi-mədəni irsinin qorunması yalnız ayrı-ayrı abidələrin bərpası ilə məhdudlaşmır. Dövlət başçısının müsahibədə qeyd etdiyi kimi, digər tarixi-mədəni obyektlərin də konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Bu yanaşma Naxçıvanın bütövlükdə açıq hava altında böyük tarixi-mədəni irs məkanı kimi qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi mühüm fikirlərdən biri də sosial-iqtisadi inkişafla milli-mədəni dəyərlər arasındakı əlaqəyə diqqət yetirməsidir. Enerji təhlükəsizliyi, iqtisadi inkişaf və sosial rifah nə qədər vacib olsa da, bütün bu proseslərin təməlində milli kimlik dayanır. Milli ruh, dil, ədəbiyyat, tarix və mədəniyyət xalqın varlığını müəyyən edən əsas dəyərlərdir.

Bu baxımdan Naxçıvanın tarixi irsinin qorunması ümumazərbaycan məsələsidir. Çünki Naxçıvanın abidələri təkcə bir bölgənin deyil, bütövlükdə Azərbaycan xalqının tarixini, dövlətçilik ənənələrini və mədəni kimliyini əks etdirir. Möminə xatun məqbərəsi, Əcəmi Naxçıvaninin yaratdığı memarlıq nümunələri və digər tarixi abidələr əsrlərin sınağından keçərək bu günümüzə gəlib çatıb. Onların qorunması gələcəyə olan məsuliyyətimizin göstəricisidir.

Prezident İlham Əliyevin müsahibədə ifadə etdiyi “Azərbaycan xalqı xoşbəxt xalqdır” fikri də məhz bu mənəvi sərvətlərlə bağlıdır. Tariximiz, mədəniyyətimiz və görkəmli şəxsiyyətlərimizlə fəxr etmək üçün böyük əsaslarımız var. Naxçıvan isə həmin zəngin irsin ən parlaq ünvanlarından biridir.

Bu gün qarşıda duran əsas vəzifə tariximizin daş yaddaşını qorumaq, onu elmi əsaslarla bərpa etmək və gələcək nəsillərə sağlam şəkildə ötürməkdir. Naxçıvanda həyata keçirilən bərpa və konservasiya işləri də məhz bu məqsədə xidmət edir. Beləliklə, qədim abidələr yalnız keçmişi xatırladan tikililər kimi deyil, milli kimliyimizi yaşadan, tariximizi gələcəyə daşıyan canlı yaddaş nümunələri kimi öz əhəmiyyətini qoruyur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Avqust 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri