Nazarbayevdən İlham Əliyevə: “Uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artıb”
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz ölkənizin mənafeyi naminə xalqınızın və dahi atanızın gözləntilərini layiqincə doğruldursunuz.
Uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artmış, regionda sülh və qarşılıqlı etimadın yeni bir mərhələsi formalaşmışdır.
Ölkənizə davamlı rifah və yeni nailiyyətlər arzulayıram.
Aramızda yaranan hörməti xüsusilə yüksək qiymətləndirirəm. Dostluq və hörmət ruhunda keçən bütün görüşlərimizi, söhbətlərimizi həmişə xoş duyğularla yada salıram. Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, nəcib təşəbbüslərinizdə müvəffəqiyyət, qardaş Azərbaycan xalqına isə firavanlıq və yeni uğurlar diləyirəm”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 19 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















