Icma.az
close
up
RU
Nazim İmanov sükutu pozdu: "Başqalarına pul qazanmağı öyrədirəm" VİDEO

Nazim İmanov sükutu pozdu: "Başqalarına pul qazanmağı öyrədirəm" VİDEO

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Keçmiş AMİP-çi, professor Nazim İmanov(Müzəffərli) uzun fasilədən sonra “Real TV”nin efirində qonaq olub.

Bakupost.az xəbər verir ki, o, "Profil" verilişində özü ilə bağlı bir sıra suallara aydınlıq gətirib.

Soyadını dəyişməsindən danışan professor bildirib ki, “Müzəffərli” soyadını “İmanov”dan daha üstün tutur:

“Elə böyük prinsipial fərq yoxdur, amma mənə “Müzəffərli” daha xoşdur. Çünki “ov” və “yev” sonluqları Azərbaycan mənşəli deyil, ruslardan bizə keçmiş formadır. Rusiyada bu sonluqlar mənsubiyyət bildirir. Məsələn, “İvanov” – “İvanın oğlu”deməkdir. Bunun bizə aidiyyəti yoxdur. Məncə, azərbaycanlılara daha uyğun sonluq “li”dir. Atamın da adı Müzəffər idi, mən də ona görə “Müzəffərli” soyadından istifadə edirəm”.

Atası haqqında sualı cavablayan iqtisadçı deyib ki, o, atasının arzusu ilə bu sahəni seçib:

“Açığı, atam istəyirdi ki, iqtisadçı olum. Mən də elə onun istəyinə görə iqtisadçı oldum. Halbuki uşaqlıq arzum fizik olmaq idi. Düşünürdüm ki, dünyada fizikidan maraqlı heç nə yoxdur. Amma atam mənə göstərirdi ki, dünyada iqtisadiyyatdan maraqlı heç nə yoxdur. İndi baxıram ki, həqiqətən də elədir”.

Nazim Müzəffərli həmçinin qeyd edib ki, iqtisadi biliklərini şəxsi həyatında tətbiq edə bilmir:

“Yaxşı iqtisadçı mütləq çox pul qazanan adam deyil. Yaxşı iqtisadçı başqalarına çox pul qazanmağı öyrədən adamdır. Mən başqalarına öyrədə bilirəm, amma özümə yox”.

Sovet dövründə formalaşmış baxışlarından danışan N.Müzəffərli bildirib ki, əvvəlllər çox dərin əqidəli marksist olub, sonrakı dövrdə isə düşüncəsi dəyişib:

"Leninçi olmamışam, çünki Lenin iqtisadçı deyildi. İqtisadiyyata bir-iki dəfə barmaq bulayıb, onda da işləri korlayıb. İkinci dövr isə 1970-ci illərin sonunda başladı. Aspirant olanda Moskvada İqtisadiyyat və Riyaziyyat İnstitutunda professor Mixail Yakoviç Lemiçev mənim rəhbərim idi. O, dissident idi və hələ 1979-cu ildə mənə demişdi ki, SSRİ-ni dağıtmaq lazımdır. Mən o vaxt bu fikirlərə hazır deyildim. Çünki o bunu deyəndə bizə müstəqillik vermək üçün demirdi. Lemiçev deyirdi ki, Rusiya bu qədər yük daşıyır, siz artıq bizim boynumuzda yükə çevrilmisiniz, azad olmalıyıq. O deyirdi ki, birlikdə Rusiya, Ukrayna, Belarusiya, bir də ola bilsin Qazaxıstan qala bilər. Qalanlarının hamısını buraxmaq lazımdır. O zamandan əhval-ruhiyyə belə idi və bu, mənə də keçirdi. Hətta mən dissertasiyanı ona təqdim edəndə, geri qaytarıb soruşdu ki, sən elmlə məşğul olmaq istəyirsən, yoxsa təbliğatla? Dedim, elmlə. Dedi, burda elm yoxdur. O, mənim düşüncələrimdə çox dərin iz buraxdı. Bunu mən ikinci dövrə aid edə bilərəm, çünki artıq 1980-ci illərdən SSRİ-dəki iqtisadi sistemin qeyri-effektiv olduğunu və işə yaramadığını başa düşürdüm".

Daha ətraflı videoda:


Lalə Novruz, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri