Nazir: Azərbaycan və Aİ yaxın dövrdə əməli addımlar atmaq barədə razılaşıb
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Azərbaycan və Avropa İttifaqı (Aİ) yeni saziş üzrə yaxın dövrdə əməli addımlar atmaq barədə razılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında yeni sazişi əhatə edən məsələlər üzrə 90-95 faiz razılaşma əldə oıunub:
"Son illər bu məsələdə durğunluq müşahidə olunurdu. Bu gün yenidən məsələni müzakirə etdik və sazişi tamamlamaq üçün əməli addımlar atmaq barədə razılığa gəldik. Açıq qalan məsələlər iqtisadiyyat və ticarət sahəsini əhatə edirdi. Saziş növbəti mərhələdə daha da zənginləşdirilə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 25 Aprel 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















