Icma.az
close
up
RU
Nazir: BƏƏ şirkətləri Azərbaycanda bərpaolunan enerji layihələrində aparıcı investor qismində çıxış edirlər

Nazir: BƏƏ şirkətləri Azərbaycanda bərpaolunan enerji layihələrində aparıcı investor qismində çıxış edirlər

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Azərbaycanda bərpaolunan enerji layihələrində Birləşmiş Ərəb Əmirlikləri şirkətləri ölkə üçün strateji tərəfdaş və aparıcı investor qismində çıxış edirlər".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Milli Günü münasibətilə Bakıda keçirilən qəbulda deyib.

O qeyd edib ki, bu gün Birləşmiş Ərəb Əmirlikləri sürətlə inkişaf edən uğurlu dövlətlərdən biridir:

"Əlbəttə ki, qazanılan uğurlar və davamlı inkişaf bizi çox sevindirir. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələr hər iki ölkə rəhbərinin müdrik siyasəti nəticəsində dərinləşir.

Cari ilin sentyabr ayında Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Qarabağa tarixi səfəri dostluq və həmrəyliyimizin, strateji tərəfdaşlığımızın bariz nümunəsidir. Səfər çərçivəsində əməkdaşlığımızı yeni mərhələyə yüksəldən bir sıra mühüm sənədlər, o cümlədən xüsusi əhəmiyyətə malik "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalanıb".

Nazir vurğulayıb ki, ikitərəfli münasibətlərdə iqtisadi gündəlik zəngindir və ticarət, investisiyalar, enerji sahələrində qarşılıqlı faydalı və uğurlu əməkdaşlıq müşahidə edilir:

"Biz bu ilin iyul ayında Əbu-Dabiyə baş tutan ali səviyyəli səfər çərçivəsində "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"ni imzaladıq. Sənəd ölkələrimiz arasında ticarət dövriyyəsinin və investisiya axınlarının artmasına, daha rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi tərəfdaşlığın qurulmasına xidmət edəcək.

Ticarət və investisiya əlaqələrinin genişlənməsində sahibkarların rolu nəzərə alınaraq Birgə Biznes Şuranın yaradılması qərara alınıb. Sözügedən yeni institusional mexanizm biznes dairələri arasında əməkdaşlığın daha yüksək müstəviyə yüksəldilməsinə öz töhfəsini verəcək.

İnvestisiya sahəsində əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir. 1 milyard dollarlıq maliyyə imkanına malik Birgə İnvestisiya Fondu bu sahədə ən vacib alətlərdən biridir. Hazırda Fond çərçivəsində bir sıra layihələrə investisiya qoyuluşu ilə bağlı danışıqlar aparılır. Bu ilin sentyabr ayında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Modon Holding" ilə şəhərsalma sahəsində 5 milyard dollar dəyərində investisiya layihəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Neft-qaz sahəsində tərəfdaşlığımız SOCAR və ADNOC şirkətlərinin uğurlu əməkdaşlığı nəticəsində inkişaf edir. Eyni zamanda yeni layihələrdə əməkdaşlıq marağının artdığını da müşahidə edirik".

M.Cabbarov onu da diqqətə çatdırıb ki, istifadəyə verilmiş ilk Günəş Elektrik Stansiyasının tikintisi məhz Ərəb Əmirliklərinin dəstəyi ilə həyata keçirilib:

"Neftçala, Biləsuvar və Qaradağda günəş və külək enerji layihələri üzrə "Masdar" şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Bu tərəfdaşlıq ölkəmizin yaşıl enerji hədəflərinə nail olmasına əhəmiyyətli töhfə verir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Dekabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri