Icma.az
close
up
RU
Nazir: Bəzi inzibati cərimələrin şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsi hazırlanır

Nazir: Bəzi inzibati cərimələrin şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsi hazırlanır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 iyun, AZƏRTAC

Son dövrlər əmək qanunvericiliyinə edilmiş dəyişikliklər sahibkarlığın inkişafına xidmət etməklə yanaşı, işəgötürənlərə münasibətdə daha humanist yanaşmaları özündə əks etdirir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin açılışı zamanı bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimənin şərti tətbiq edilməsinin dairəsinin genişləndirilərək belə maddələrin sayının 10-a çatdırıldığını bildirib. Qeyd edilib ki, həmin maddələr üzrə pozuntulara yol verən işəgötürənlərə onların aradan qaldırılması üçün vaxt verilir, işçilərin əmək hüquqları bərpa edildikdə işəgötürən cərimə ödəməkdən azad olunur. Bu həm də işçilərin hüquqları ilə bağlı işəgötürənlərin öhdəliklərini yerinə yetirməsinə əlavə stimul yaradır.

Nazir əlavə olaraq bəzi inzibati cərimələrin də şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsinin hazırlanmaqda olduğunu bildirib. O, bu ilin əvvəlindən icra olunan növbəti, 2018-ci ildən 5-ci sosial islahat paketi üzrə 3 milyon insanı əhatə edən əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə artımlar edildiyini, həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrıldığını deyib.

Anar Əliyev Vətən müharibəsindən sonra sosial dəstək paketi üzrə şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olanlar, müharibə veteranlarından ibarət 131 minədək şəxsə 388 min sosial xidmət göstərildiyini, sosial ödənişlərin orta hesabla 2 dəfə artırıldığını qeyd edib. Son illərdə 2 milyondan çox şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğunu, o cümlədən 750 mindən çox şəxsin münasib işlə təmin edildiyini, 103 mindən çox şəxsin özünüməşğulluq proqramına, 45,6 min şəxsin peşə hazırlığına cəlb olunduğunu bildirib.

Nazir “Əmək və Məşğulluq” (ƏMAS) altsistemi üzərindən təxminən 1,6 milyondan artıq əmək müqaviləsinin e-qaydada bağlanıldığını, bunun da mövcud əmək müqavilələrinin 87 faizini təşkil etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkə üzrə bütün vakansiyaların ƏMAS-da vahid platformada cəmlənməsi işsiz və işaxtaranların məşğulluq imkanlarını genişləndirməyə və əmək bazarında dinamikliyə müsbət təsir göstərir.

“DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün əhəmiyyətindən bəhs edən nazir bildirib ki, layihədə könüllü iştirak üçün müraciət edən işəgötürənlərdə əməyin mühafizəsi və elektron altsistemlərdən istifadə, əmək qanunvericiliyinin tətbiqi və insan resurslarının idarəedilməsi üzrə ekspertlər tərəfindən diaqnostik qiymətləndirmələr aparılır. Qiymətləndirmələr nəticəsində mövcud boşluqlar aşkar edildikdə onların həlli üçün tövsiyələr verilir və müvafiq təlimlər təşkil olunur. Bu zaman aşkarlanan pozuntularla bağlı hər hansı bir məsuliyyət tədbiri də tətbiq edilmir.

Qeyd edək ki, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin bu ilki tərəfdaşları ƏƏSMN-in tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA), Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır. 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərini nümayiş etdirdiyi sərgidə DMA ayrıca stendlə təmsil olunur. Həmçinin ƏƏSMN-in tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri də təqdim edilir.

Dövlət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirin iştirakçıları yerli şirkətlərin sərgidə nümayiş etdirilən məhsul və xidmətləri ilə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri