FHN in karate komandasının qalib üzvləri ilə görüş keçirildi
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
18-20 dekabr 2025-ci il tarixlərində Balaxanı İdman Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə WKF və Ənənəvi karate üslubları üzrə uşaq, yeniyetmə, gənclər, böyüklər və parakarateçilər arasında 33-cü ölkə çempionatı keçirilib.
Modern.az xəbər verir ki, çempionatda respublikanın rayon və şəhərlərinin 50-yə yaxın idman klubundan 600-ə yaxın idmançı qüvvəsini sınayıb.
Yarışda iştirak edən FHN-nin karate üzrə yeniyetmə, gənc və böyüklərdən ibarət komandası məşqçi-müəllimlər Rafael Məmmədov, Akif Kərimov, Cavid Həmidov, Anar Əhmədov, İbrahim Məmmədov və Xəyal Məmmədovun rəhbərliyi alıtnda yüksək nəticələr əldə ediblər.
Belə ki, WKF karate üslubu üzrə kumite yarışlarında 18-21 yaş kateqoriyasında -84kq çəki dərəcəsində Nihad Kərimzadə qızıl, -75kq çəki dərəcəsində Nicat Kərimli gümüş, 18-21 yaş kateqoriyası üzrə -55kq çəki dərəcəsində qızlar arasında isə Azərin Nəcəfova bürünc medalın sahibi olublar. Kata yarışlarında Turan Əhmədov qızıl medala layiq görülüb.
Parakarate yarışlarında kata yarışlarının K30 növü üzrə Eldar Əhmədov qızıl, K1 növü üzrə isə Nihat Məmmədzadə qızıl, Fərrux Qaybalıyev gümüş və Uğur Məmmədzadə isə bürünc medala yiyələniblər.
Bundan əlavə, ənənəvi karate üslubu üzrə kumite yarışlarında 14-15 yaş kateqoriyasında -60kq çəki dərəcəsində Həsən Osmanov qızıl, 16-17 yaş kateqoriyasında -50kq çəki dərəcəsində Mədinə Cəfərova qızıl, kata yarışlarında isə Xəyal Məmmədov qızıl medala layiq görülüblər.
Qaliblərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallar təqdim olunub.
Azərbaycanın karate üzrə milli yığma komandasının üzvü və FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət baş leytenantı Murad Hacızadə çempionatda hakimlik edib.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatında qalib gələn idmançılar və məşqçi-müəllimlərlə görüşərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Dekabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















