Nazir dəmiryol vağzalındakı hadisəyə görə istefa verdi
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa verdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə hökumət binasında fövqəladə mətbuat konfransı zamanı bildirib.
Nazir Novi Sad dəmiryol vağzalında baş vermiş faciə ilə əlaqədar istefa verib.
“Faciə baş verən gün öz qərarımı Serbiyanın Baş nazirinə bildirdim, sonra bu barədə ölkə Prezidentinə də məlumat verdim”, - Vesiç bildirib.
Xatırladaq ki, noyabrın 2-də Serbiyanın ikinci böyük şəhəri Novi Sadda vağzal binasının tavanı uçub. Nəticədə 14 nəfər həlak olub. Hadisədən sonra ölkədə matəm elan edilib.

Nazir dəmiryol vağzalındakı hadisə ilə əlaqədar istefa verib
05 Noyabr 2024 23:42
Dəmiryolu vağzalındakı qəzaya görə daha iki nazir istefa verdi
21 Noyabr 2024 08:23
Dəmiryolu vağzalındakı qəzaya görə daha iki məmur istefa verdi
21 Noyabr 2024 20:43
İsrailli nazir atəşkəsə görə istefa verdi
19 Yanvar 2025 13:56

