Icma.az
close
up
RU
Nazir: Elektroenergetika islahatlarının məqsədi özəl investisiyaları cəlb etmək, dövlətin maliyyə yükünü azaltmaqdır AZƏRTAC

Nazir: Elektroenergetika islahatlarının məqsədi özəl investisiyaları cəlb etmək, dövlətin maliyyə yükünü azaltmaqdır AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 noyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən təsdiq edilmiş “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə yaradılmış Koordinasiya Şurasının ilk iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir çıxışında “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə islahatların əsas istiqamətlərinin müəyyən edildiyini və bu istiqamətlərə uyğun olaraq müvafiq işlərin aparılmaqda olduğunu bildirib.

Elektroenergetika sahəsində islahatların əsas məqsədinin enerji təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, idarəetmə sistemlərinin qabaqcıl beynəlxalq təcrübə baxımından inkişaf etdirilməsi, özəl investisiyaların cəlb edilməsi və dövlətin maliyyə yükünün azaldılması olduğu vurğulanıb. Həmçinin elektrik enerjisinin istehsalına çəkilən xərclərin optimallaşdırılması, səmərəliliyin və xidmət keyfiyyətinin daha da yüksəldilməsi, eləcə də rəqabət mühitinin təmin olunması sektorun inkişafı üçün əsas prioritetlər kimi qeyd edilib.

Sonra iclasın gündəliyinə uyğun olaraq “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun və “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən görülən işlər haqqında məlumatlar diqqətə çatdırılıb.

Koordinasiya Şurasının nəzdində müvafiq istiqamətlər üzrə alt işçi qrupları yaradılıb, qarşıdakı dövr üçün görüləcək işlər müəyyənləşdirilib, müvafiq qərarlar qəbul edilib.

İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə nazirlikləri, Azərbaycan İnvestisiya Holdinqi, “AzərEnerji” ASC, “Azərişıq” ASC və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri