Nazir elmə və təhsilə az vəsaitin ayrılmasının səbəblərini açıqladı
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət büdcədə elm və təhsilə xərclər ayrılıqda göstərildiyindən bu sahəyə xərclərin az olduğu görünür, amma reallıqda bu belə deyil.
Ölkə.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, ötən il ümumilikdə təhsil və elm xərcləri 4,4 milyard manat olub və bu da ÜDM-in 3,5-i deməkdir: “Beynəlxalq praktikada elmin və təhsilin ÜDM-də payı 3-5 faiz təşkil edir”.
Nazir onu da əlavə edib ki, büdcədəki digər xərclərdə elmlə bağlı xərclər olub: “Gələcəkdə büdcə xərclərində elm və təhsilə ayrılan vəsaitin ayrıca göstərilməsini nəzərdə tuturuq”.
Nazir elmə ayrılan vəsaitin xərclənməsinin az olmasının digər səbəbi kimi, elm sifarişlərinin icrası ilə bağlı olan məsələdir. “Amma gələcəkdə elmə vəsaitin ardıcıllıqla artırılmasının tərəfdarıyıq”, - nazir qeyd edib.
Mürtəza
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 27 May 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















