Boşanma səbəblərini açıqladı
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Türkiyəli aktrisa Ezgi Mola 2025-ci ildə boşandığı Mustafa Aksakallı ilə ayrılığının səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, aktrisa bu barədə qonaq olduğu “Ritmini Bul” adlı yutub proqramında danışıb. O, boşanma ilə bağlı ortaya atılan xəyanət iddialarını da təkzib edib.
Ezgi bildirib ki, ayrılıqdan sonra insanlar münasibətlərində mütləq bir problem axtarıblar:
“Həmişə bir qüsur, qalmaqal axtardılar. Yəqin xəyanət edib, dedilər. Belə şey olar? Mustafa həqiqətən yaxşı qəlbli insandır. Onun haqqına girə bilmərəm. Amma yaxşı insan olması münasibəti davam etdirməyə yetmir. Mən də çox yaxşı qəlbliyəm. Bəs sən mənə yaxşı təsir edirsən? Yaxud mən sənə yaxşı təsir edirəm?”.
Aktrisa ayrılıq qərarını dostluqlarını qorumaq üçün verdiklərini söyləyib:
“Bir-birimiz haqqında deyə biləcəyimiz çox gözəl sözlər var. Amma ayrılmaq üçün də kifayət qədər səbəbimiz var. Biz bu dostluq bitməsin, bu gözəl münasibət davam etsin deyə evlilikdən imtina etmək qərarına gəldik”.
Qeyd edək ki, Ezgi Mola ilə iş adamı Mustafa Aksakallı 2023-cü ildə ailə qurub. Həmin il cütlüyün oğul övladı dünyaya gəlib. İki illik evliliklərini 2025-ci ildə sonlandıran keçmiş cütlük övladları üçün bir araya gəlməyə davam edir.
Baxış sayı:71
Bu xəbər 21 Noyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















