Nazir Fərid Əhmədov Yevlaxda vətəndaş qəbulu keçirəcək
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Ədliyyə naziri Fərid Əhmədov 4 sentyabr 2026-cı il tarixində Yevlax şəhərində Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi və Yevlax rayon sakinlərini qəbul edəcək.
Newscenter.az xəbər verir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 3 sentyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Bərdə regional ədliyyə idarəsinə (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 110, əlaqə telefonu: +994 12 510 10 01, daxili nömrə: 17025, 17030, 17031) müraciət edərək qəbula yazıla bilərlər.
Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Süleyman
Bu mövzuda digər xəbərlər:Fərid Əhmədov vətəndaş qəbulu keçirib
09 Yanvar 2026 22:23
Nazir Fərid Əhmədov Şahbaz Şəriflə görüşdü
14 May 2026 16:39
Komitə sədri Bahar Muradova Yevlaxda vətəndaş qəbulu keçirəcək
07 Fevral 2025 16:37
Vüqar Əhmədov vətəndaş qəbulu keçirib
02 May 2025 13:28
Nazir Fərid Əhmədov Samuxda vətəndaşları qəbul edəcək
30 Oktyabr 2026 10:35
Baxış sayı:153
Bu xəbər 26 Avqust 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















