Nazir: Gənclərin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Gənclərinin Forumu ilk dəfə 30 il əvvəl Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilib. Bu mühüm ənənənin davamı olaraq, biz Azərbaycan Gənclərinin XI Forumunu keçiririk.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanda gənclər üçün geniş imkanlar yaradılıb. Həm Gənclər və İdman Nazirliyi, həm də digər dövlət qurumları tərəfindən gənclərin inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizdə Gənclər Fondu fəaliyyət göstərir, müxtəlif gənclər təşkilatları, gənclər evləri mövcuddur və gənclərin həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda fəal iştirakına şərait yaradılıb. Eyni zamanda, Azərbaycanda mütəmadi olaraq yerli və beynəlxalq forumlar keçirilir.
“Eyni zamanda, bu gün Prezident mükafatlarına layiq görülmüş gənclərə mükafatların təqdim edilməsi mərasimi olub. Onlar dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Prezident mükafatları ilə təltif olunublar. Bu mükafatlar ənənəvi olaraq hər il təqdim edilir. Mən bütün mükafatçılarımızı səmimi-qəlbdən təbrik edirəm. Həmçinin qeyd etmək istəyirəm ki, Gənclər Həftəsi elan olunub və bu həftə ərzində gənclər üçün müxtəlif tədbirlər planlaşdırılır. Forumumuz isə sabah Xankəndidə öz işini davam etdirəcək”,- deyə nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 02 Fevral 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















