Icma.az
close
up
RU
Nazir könüllülərə sertifikatlar təqdim etdi Video

Nazir könüllülərə sertifikatlar təqdim etdi Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasının akt zalında “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti könüllülərin sertifikatlarla təltifetmə mərasimi keçirilib.

Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin müvafiq vəzifəli əməkdaşları, Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və fövqəladə hallar könüllüləri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə “Fövqəladə hallar könüllüləri” proqramından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra Vətən müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyi münasibətilə gənclər, könüllü və tələbə təşkilatları arasında keçirilmiş “Zəfər Liqası” futbol turnirində qalib olmuş fövqəladə hallar könüllülərinin təltif edildiyi turnirin kuboku nazir Kəmaləddin Heydərova təqdim olunub.

Sonra nazir K.Heydərov tədbirdə çıxış edib. Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini, gənclərin dövlət başçısının daim diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan nazir, bu mütərəqqi siyasətin nəticəsində müasir düşüncəli, vətənpərvər Azərbaycan gəncliyinin yetişdiyini qeyd edib. O, qəhrəman gəncliyimizin Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Vətən müharibəsində göstərdiyi şücaətin bizə tarixi Zəfər bəxş etdiyini vurğulayıb.

Könüllülük hərəkatının ölkəmizdə başlanmasının və inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən nazir K.Heydərov bildirib ki, Ümummilli Liderin müdrik siyasətini bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə könüllülük fəaliyyətinin həyata keçirilməsi və gənclərin öz potensialını reallaşdırması üçün hər cür şərait yaradılıb.

Nazir vurğulayıb ki, gənclərə daim qayğı ilə yanaşan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dövlət gənclər siyasətinin həyata keçirilməsində və könüllülük hərəkatının inkişaf etməsində göstərdiyi fədakarlıqlar və reallaşdırdığı layihələr təqdirəlayiqdir. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində mühüm rol oynayır.

K.Heydərov ölkəmizdə könüllü təşkilatlarının inkişafı istiqamətində görülən səmərəli fəaliyyətin nəticəsi kimi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində “Fövqəladə hallar könüllüləri” proqramının formalaşdığını, proqram çərçivəsində FHN-in fəaliyyət istiqamətlərinə uyğun müvafiq bilik və bacarıqlara yiyələnmiş çoxsaylı könüllülərin yetişdiyini qeyd edib.

Nazir çıxışının sonunda ictimai faydalı könüllülük hərəkatı çərçivəsində fövqəladə hallarla mübarizə sahəsində nəzəri biliklərə və praktik vərdişlərə yiyələnmiş fövqəladə hallar könüllülərini təbrik edib, onların əhalinin və ərazlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nazirliyin fəaliyyətində yaxından iştirak edəcəklərinə əminliyini bildirib.

Sonra çıxış edən Azərbaycanın Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev ölkəmizdə könüllülük fəaliyyətinin inkişaf mərhələlərindən, o cümlədən “Fövqəladə hallar könüllüləri” proqramının qısa müddətdə təşəkkül taparaq uğurla genişlənməsindən danışıb, konüllülük fəaliyyətinin əhəmiyyətindən söz açıblar.

Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Sentyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri