Nazir: Macarıstanın ən böyük kənd təsərrüfatı universiteti Azərbaycanda filial açmaqda maraqlanır
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Macarıstanın ən böyük kənd təsərrüfatı universiteti və elmi-tədqiqat institutu Azərbaycanda filial açmaqda maraqlanır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.
O qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi, logistika imkanları və iqlim şəraiti burada insan kapitalına və sərmayəyə qoyulan diqqətin vacibliyini göstərir:
"Məsələn, Macarıstanın ən böyük kənd təsərrüfatı universiteti və elmi-tədqiqat institutu Azərbaycanda filial açmaqla maraqlanır. Bu, yalnız investisiyaya deyil, həm də təhsilə sərmayə qoyuluşuna marağı göstərir".
"Nəticə olaraq qeyd etmək istərdim ki, təhsil və elmi-tədqiqat fəaliyyəti Azərbaycanda əlavə dəyər yaradan məhsullara investisiyanın əsasını təşkil edir və dövlət bu istiqamətdə dəstəyini davam etdirəcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yerli fermerlərlə birlikdə çalışırıq. Beynəlxalq investorlar da azad edilmiş ərazilərdə üzümçülük, qida emalı və fındıqçılıq sahələrində investisiya qoymaqla maraqlanırlar", - deyə nazir vurğulayıb.
Məhərrəm Əliyev
Baxış sayı:103
Bu xəbər 23 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















