Nazir müavini: Azərbaycan kənd təsərrüfatı sahəsi üzrə beynəlxalq konvensiyalara və protokollara uyğun fəaliyyət göstərir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 may, AZƏRTAC
Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin formalaşdırdığı imic bir mərkəz olduğunu deməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi çərçivəsində keçirilən “Təbiət Naminə Ölkələri Səfərbər Edən Kənd Təsərrüfatı” konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın vədlərə əməl edən, etibarlı partnyor, dinamik artan iqtisadiyyatı, siyasi-iqtisadi sabitliyi, eyni zamanda, innovasiyalara və texnoloji proseslərə açıq olması onu mərkəz kimi formalaşdırmağa imkan verir.
“Azərbaycan bütün sahələr üzrə, o cümlədən kənd təsərrüfatı sahəsi üzrə beynəlxalq konvensiyalara və protokollara uyğun fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini qazandığı ilk illərdən etibarən beynəlxalq müstəvidə tanınan məsələlərlə bağlı yaxından iştirakçı olub və dəstəkləyib. Ölkəmizdə keçirilən COP29 bu istiqamətdə təşəbbüslərin formalaşmasına səbəb olub”, - deyə o əlavə edib.
Baxış sayı:49
Bu xəbər 13 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















