Icma.az
close
up
RU
Nazir müavini: “Azərbaycan Mədəniyyəti 2040” mədəni inkişafın yol xəritəsidir MÜSAHİBƏ

Nazir müavini: “Azərbaycan Mədəniyyəti 2040” mədəni inkişafın yol xəritəsidir MÜSAHİBƏ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 fevral, Gülay Nəzərova, foto Azər İbrahimov, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkəmizdə mədəniyyət sahəsinin uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirir. Sənəddə milli kimliyin qorunması, ənənəvi dəyərlərin möhkəmləndirilməsi və Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılması əsas prioritetlər kimi ön plana çəkilir. Konsepsiya ilə bağlı mədəniyyət nazirinin müavini Fərid Cəfərov AZƏRTAC-ın suallarını cavablandırıb.

-Fərid müəllim “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında mədəniyyət sahəsində hansı prioritet istiqamətlər üzrə fəaliyyət nəzərdə tutulur?

-Bu günlərdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiqlənib. Həmin sənəd ölkəmizdə 2040-cı ilə qədər mədəniyyət sahəsinin geniş mənada yeni modelinin formalaşdırılmasını nəzərdə tutur.

Konsepsiyada 2040-cı ilə qədər mədəniyyət sahəsinin prioritet istiqamətlər üzrə fəaliyyətinin ümumi çərçivəsi müəyyənləşdirilir. Yeni konsepsiyada mədəniyyətin 6 əsas sahəsi təqdim olunur. Onların bəziləri ilk dəfə olaraq rəsmi sənədlərdə ayrıca mədəniyyət sahəsi kimi təsbit edilir. Həmin sahələrdən biri Azərbaycan dilidir. Dövlət başçısı öz çıxışlarında Azərbaycan dilinin saflığı və zənginliyinin qorunmasını daim önə çəkib. Digər bir sahə Azərbaycan ədəbiyyatının inkişafı ilə bağlıdır. Bundan başqa incəsənət, davranış mədəniyyəti, bilgi mədəniyyəti və yaradıcı sənayelərin inkişafı nəzərdə tutulur.

Konsepsiyaya əsasən, hər sahə üzrə ayrıca Dövlət proqramlarının hazırlanması nəzərdə tutulur. Həmin proqramlar konkret addımlar və layihələri ehtiva edəcək. Eyni zamanda, Konsepsiyada mədəniyyətin 8 prioritet istiqaməti üzrə fəaliyyətlər müəyyən edilib. Bu istiqamətlər yeni mədəniyyət modelinin sistemli şəkildə həyata keçirilməsinə şərait yaradacaq və burada üç əsas alət xüsusi rol oynayır. Bunlar yaradıcı sənayelərin inkişafı, mədəniyyət diplomatiyası və idarəetmə mexanizmləridir.

- Konsepsiya çərçivəsində dövlət–özəl tərəfdaşlığı necə inkişaf etdiriləcək?

- Bu, çox vacib məqamlardan biridir. Konsepsiyada mədəniyyətin inkişafı ilə bağlı geniş və çoxşaxəli fəaliyyət nəzərdə tutulur. Bununla yanaşı, Konsepsiya mədəniyyətin müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda payının artması üçün də metodologiya təqdim edir. Beləliklə, ədəbiyyatın, incəsənətin, yaradıcı sənayelərin iqtisadiyyatda, xüsusilə ümumi daxili məhsuldakı yerini görmək mümkün olacaq. Bu baxımdan mədəniyyət həm də iqtisadiyyatın bir qolu kimi çıxış edəcək.

Bu sahədə dövlət–özəl tərəfdaşlığının böyük potensialı var. Onun həyata keçirilməsi üçün normativ-hüquqi baza, sistem və infrastrukturun yaradılması nəzərdə tutulur. Xüsusilə incəsənət və ədəbiyyat sahələrində dövlət–özəl tərəfdaşlığının tətbiqi planlaşdırılır. Hazırlanacaq tədbirlər planlarında bu məsələ ayrıca əks olunacaq.

-Konsepsiyanın hədəflərinə çatmaq üçün nədən başlanılacaq?

-Konsepsiyanın əsas hədəfi Azərbaycan milli mədəniyyət modelinin formalaşdırılması və həyata keçirilməsidir. Əvvəlki konsepsiya 2014-cü ildə qəbul olunmuşdu. Yeni konsepsiyanın hazırlanması isə qalib dövlət reallıqları, regionda və dünyada baş verən proseslər, yeni çağırışlar fonunda mədəniyyət sahəsinin inkişaf ehtiyaclarından irəli gəlir.

Yeni modeldə davranış mədəniyyəti, bilgi mədəniyyəti, Azərbaycan dili və ədəbiyyatı ön plana çıxır. Ənənəvi incəsənət və yaradıcı sənayelər isə öz mövqeyini qoruyur. Həmin model milli kimliyə, milli-mənəvi dəyərlərə əsaslanan, eyni zamanda Azərbaycanın zəngin mədəni müxtəlifliyini əks etdirən bir sistem kimi formalaşdırılır. Hədəflər sırasında Azərbaycan milli brendinin formalaşdırılması, milli kimliyin mədəni dəyərlər üzərindən təqdim olunması xüsusi yer tutur. Eyni zamanda mədəniyyətin hər kəs üçün əlçatan olması, mədəniyyət xidmətlərinin əhaliyə çatdırılması əsas prioritetlərdəndir.

-Konsepsiyanın icrasında əsas risklər nələrdir və onlar necə azaldılacaq?

-Konsepsiyada hər sahə üzrə mövcud risklər və çağırışlar ətraflı şəkildə əks olunub. Risklərə idarəetmə sistemlərinin köhnəlməsi, infrastruktur problemləri, qabaqcıl təcrübələrin yetərincə tətbiq olunmaması daxildir. Onu minimuma endirmək üçün mərhələli fəaliyyət planları hazırlanacaq. Konsepsiyanın icrası 2040-cı ilə qədər üç mərhələyə bölünüb və hər mərhələdə həm icra, həm də təhlil aparılacaq. Qeyd edilməlidir ki, Konsepsiyanın hazırlanması prosesinə ictimaiyyət, ekspertlər, mədəniyyət xadimləri geniş şəkildə cəlb olunub, forumlar və müzakirələr vasitəsilə cəmiyyətdən gələn təkliflər nəzərə alınıb.

-Beynəlxalq mədəni layihələrdə iştirak konsepsiyada necə təşviq olunur?

-Azərbaycan qlobal mədəniyyət ailəsinin üzvüdür və beynəlxalq aləmdə mədəniyyətimizin təqdimatı mühüm əhəmiyyət daşıyır. Bu sahədə mədəniyyət diplomatiyası əsas alətlərdən biridir. Ölkəmiz uzun illərdir ki, Mədəniyyətlərarası Dialoq Mərkəzi kimi tanınır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı prosesi” bu gün beynəlxalq səviyyədə tanınan platformadır.

Xaricdə mədəniyyət günləri, sərgilər, kino festivalları, beynəlxalq təşkilatlarla əməkdaşlıq mədəniyyətimizin tanıdılmasına xidmət edir. Bundan əlavə, “Rebate” proqramı vasitəsilə xarici film istehsalçıları ölkəmizdə çəkilişlər aparır və həmin filmlərdə Azərbaycan mədəniyyəti və tarixi təqdim edilir.

-Rəqəmsal texnologiyalar və süni intellekt Azərbaycan mədəniyyətinin istehsalı və yayımını necə dəyişə bilər?

-Rəqəmsallaşma artıq dövlət idarəçiliyində və cəmiyyətin bütün sahələrində əsas alətlərdən birinə çevrilib. Süni intellekt isə prosesi daha da sürətləndirir.

Mədəniyyət sahəsində rəqəmsallaşma həm idarəetməni asanlaşdırır, həm də əlçatanlığı artırır. Elektron kitabxanalar, musiqi, rəqəmsal kino platformaları oxucuların, tamaşaçı və dinləyicilərin mədəniyyətə çıxışını xeyli genişləndirir.

Süni intellekt və rəqəmsal alətlər eyni zamanda maliyyə yükünü azaldır, icra proseslərini sürətləndirir və səmərəliliyi artırır. Bu səbəbdən rəqəmsallaşma Konsepsiyanın icrasında əsas alətlərdən biri kimi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri