Icma.az
close
up
RU
Nazir müavini: Azərbaycanda 5G şəbəkəsinin istifadəyə verilməsi ilə bağlı “Yol xəritəsi” hazırlanır

Nazir müavini: Azərbaycanda 5G şəbəkəsinin istifadəyə verilməsi ilə bağlı “Yol xəritəsi” hazırlanır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 iyun, AZƏRTAC

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC-a nazirlikdən bildirilib ki, iclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.

İclasda “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının icra statusu, tədbirlərin icrası zamanı qarşıya çıxan problemlər və müvafiq həll yolları müzakirə olunub.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Fəaliyyət Planı üzrə icra edilən layihələr və görülmüş işlər haqqında məlumatları iclas iştirakçılarına çatdırıb.

O, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə müxtəlif səviyyəli görüşlərin keçirildiyini, 5G şəbəkəsinin istifadəyə verilməsi ilə bağlı “Yol Xəritəsi”nin hazırlandığını, rəqəmsal dövlət xidmətlərinin əhatə dairəsinin genişləndirildiyini, əhalinin rəqəmsal bacarıqlarının artırılması istiqamətində layihələrin davam etdiyini, yeni vençur fondlarının yaradılması üzrə işlərin aparıldığını bildirib. Həmçinin bu kimi istiqamətlərdə davam etdirilən digər layihələr və tədbirlər, görülmüş işlər və gələcək planlar barədə ətraflı məlumat verib.

Eyni zamanda 2025-ci il üzrə Fəaliyyət Planının icrasına dair yarımillik hesabatların növbəti aydan etibarən Nazirlər Kabinetinə təqdim ediləcəyini nəzərə alaraq iclasın hədəflərindən birinin həmin hesabatların tam şəkildə hazırlanmasını təmin etmək olduğunu qeyd edib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında İşçi qrupun fəaliyyətinin mühüm rol oynadığını vurğulayıb. Cari ilin Fəaliyyət Planının daha konkret hazırlandığını və Qlobal İnnovasiya İndeksinin əsas indikatorları üzrə tədbirlərin burada öz əksini tapdığını bildirib.

Həmçinin Qlobal İnnovasiyalar İndeksinin 2025-ci il üzrə buraxılışının cari ilin sentyabr ayında dərc ediləcəyini, bu səbəbdən Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən müvafiq sorğuların və istinadların iyun ayının ortasınadək başa çatacağını nəzərə alaraq, sözügedən İşçi qrupun 2025-ci il üzrə Fəaliyyət Planında qeyd olunan müvafiq tədbirlərin icrasını sürətləndirməsinin vacibliyini qeyd edib.

İclasda səsləndirilmiş fikirlər əsasında İşçi qrup tərəfindən müvafiq təkliflər və qərarlar qəbul olunub.

Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri