Nazir müavini: Bakıda temperatur 36 dərəcəni keçdikdə ölüm göstəriciləri kəskin artır
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Bakıda temperatur 36 dərəcəni keçdikcə ölüm göstəricilərində kəskin artım müşahidə olunur.
"Cebheinfo.az" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
Onun sözlərinə görə, paytaxtda havanın maksimum temperaturu ilə ölüm halları arasında birbaşa əlaqə müəyyən olunub: "İnsan sağlamlığı üçün komfort temperatur 24–28 dərəcədir. Lakin temperatur 36 dərəcəni keçdikdə ölüm göstəricilərində kəskin artım müşahidə olunur. Bu səbəbdən erkən xəbərdarlıq sistemi risklərin azaldılmasında mühüm əhəmiyyət daşıyır".
Nazir müavini əlavə edib ki, şəhərlər mürəkkəb mühitlərdir, burada iqtisadiyyatın və cəmiyyətin bütün hissələri bir araya gəlir: "Urbanizasiya çox vaxt təbiətə və ekosistemə təzyiqlərlə müşahidə olunur. Eyni zamanda, şəhərlər iqlim dəyişikliyinin təsirlərinə qarşı həssasdır".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:93
Bu xəbər 17 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















