Nazir müavini: BTMnin Bakıda təşkili ölkəmizdə ağırlıqqaldırmanın inkişafına təkan olacaq
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İnanıram ki, mərkəzin Bakıda fəaliyyət göstərməsi ölkəmizdə ağırlıqqaldırmanın inkişafında mühüm təkan olacaq.
Bunu "Report"a açıqlamasında gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.
O, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin (BTM) təşkil edilmə hüququnun Azərbaycana verilməsindən danışıb.
M.Vasileva bildirib ki, bu qərar təkcə qitə üçün deyil, Azərbaycan ağırlıqqaldırması üçün də böyük imkanlar deməkdir:
"Bildiyiniz kimi, Bəhreynin paytaxtı Manamada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının İcraiyyə Komitəsinin iclasında ölkəmiz üçün faydalı olacaq qərar qəbul edildi. Namizədlik və təqdimat prosesində Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə əməkdaşlığı öz töhfəsini verdi. Federasiyanın maraqlı və ətraflı təqdimatından sonra Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Avropada yeganə olacaq Avropa Ağırlıqqaldırma Mərkəzi statusunu Azərbaycana verdi. Bu, ölkəmizin idman nüfuzunun dünyada göstəricisi olmaqla yanaşı, həm də etimadın göstəricisidir. Bu qərar təkcə qitə üçün deyil, Azərbaycan ağırlıqqaldırması üçün də böyük imkanlar deməkdir. İnanıram ki, Mərkəzin Bakıda fəaliyyət göstərməsi ölkəmizdə ağırlıqqaldırmanın inkişafında mühüm təkan olacaq. Azərbaycanın namizdəliyinin verilməsi prosesində zəhməti olan hər kəsə təşəkkür edir və ölkəmizin seçilməsi münasibətilə idman ictimaiyyətimizi, xüsusən də Azərbaycan Ağırlıqqaldırma Federasiyasını təbrik edirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 05 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















