Icma.az
close
up
RU
Nazir müavini: D 8 ölkələri birlikdə yaşıl və innovativ iqtisadi modellərin qurulmasında rol oynaya bilər

Nazir müavini: D 8 ölkələri birlikdə yaşıl və innovativ iqtisadi modellərin qurulmasında rol oynaya bilər

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 oktyabr, AZƏRTAC

Bu gün D-8 ölkələrinin enerji, iqlim dəyişikliyi və dayanıqlı şəhərsalma sahəsində əməkdaşlığı qlobal miqyasda getdikcə daha vacib əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən ilk D-8 Yüksək Səviyyəli İqlim və Şəhərsalma Dialoqunda çıxışı zamanı deyib.

“Bu gün iqlimə davamlı gələcək naminə şəhərlərimizi və iqtisadiyyatlarımızı transformasiya etmək məqsədilə mühüm mərhələdəyik. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz COP29-a ev sahibliyi etmək üçün bütün səylərini səfərbər etdi. COP29 zamanı iqlim maliyyəsi sahəsində ciddi irəliləyiş əldə olundu. Tərəflər inkişaf etməkdə olan ölkələr üçün illik maliyyəni üçqat artıraraq 2035-ci ilə qədər 300 milyard dollara çatdırmaq, həmçinin dövlət və özəl mənbələrdən illik 1,3 trilyon dolların səfərbər olunması istiqamətində razılığa gəldilər. Bu, həssas ölkələrin qorunmasına, təmiz enerjinin genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və dayanıqlı iqtisadi artıma mühüm töhfə verəcək”, - deyə nazir müavini vurğulayıb.

Umayra Tağıyeva, həmçinin “Bakı Adaptasiya Yol Xəritəsi”nin qəbulunun əhəmiyyətini qeyd edib və bunun iqlimə davamlı infrastrukturun inkişafı üçün yeni imkanlar yaratdığını bildirib. O əlavə edib ki, Azərbaycan D-8 ölkələri ilə birgə D-8 Enerji və İqlim Mərkəzinin yaradılması təşəbbüsünü göstərib: “Bu mərkəz regional əməkdaşlığın və bilik mübadiləsinin güclənməsinə xidmət edəcək, ekspertlər, siyasətçilər və özəl sektor arasında sıx əlaqələr quracaq. Azərbaycan bu mərkəzin fəaliyyətini tam dəstəkləməyə, institusional və əməliyyat baxımından bütün lazımi yardımı göstərməyə hazırdır. D-8 ölkələri birlikdə iqlimə davamlı, yaşıl və innovativ iqtisadi modellərin qurulmasında mühüm rol oynaya bilər”.

Nazir müavini çıxışının sonunda qeyd edib ki, Azərbaycan D-8 ailəsinin üzvü kimi öz təcrübəsini paylaşmaqla yanaşı, digər ölkələrin də təcrübəsindən yararlanmağa hazırdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri