Icma.az
close
up
RU
Nazir müavini: “Enerji səmərəliliyi təşəbbüslərinə dəstək bir çox məqsədlərə xidmət edəcək”

Nazir müavini: “Enerji səmərəliliyi təşəbbüslərinə dəstək bir çox məqsədlərə xidmət edəcək”

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Konstitusiyasında ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı bir sıra vacib müddəalar var.

525.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var: “Təbii sərvətlər xalqın mülkiyyətidir və dövlət onların qorunmasını və səmərəli istifadəsini təmin etməlidir. Bu baxımdan Energetika Nazirliyi tərəfindən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif olunan maddənin əlavə edilməsini məqsədə müvafiq hesab edirik. Enerji səmərəliliyi təşəbbüslərinə qanunvericilik səviyyəsində dəstək bir çox məqsədlərə xidmət edəcək”.

O bildirib ki, burada birinci məqsəd iqtisadi faydadır: “Enerji səmərəliliyi proqramlarının qanunvericiliklə konsolidasiyası enerji istehlakını azaltmaqla - müəssisələrin və ev təsərrüfatlarının xərclərini azaldır. Bu, elektrik şəbəkəsinə yükü azaldır. Közərmə lampaları böyük enerji sərfiyyatına malikdir və enerjinin 80%-ə qədərinin spiralın közərməsinə sərf edilir. Bu lampaların daha enerji səmərəli işıq diod (LED) lampaları ilə əvəz edilməsi iqtisadi baxımından faydalıdır. İkinci məqsəd - Enerji təhlükəsizliyidir. Azərbaycan enerji idxalından aslılığı az olan ölkə kimi, iqtisadiyyatı xarici şoklara bir o qədər də davamlıdır. Təbii ki, ölkə daxilində enerji səmərəliyinin təmin edilməsi eyni zamanda enerji təhlükəsinzliyinə töhvə verir”.

Nazir müavinin fikrincə, üçüncü məqsəd - iqlim məqsədlərinə nail olmaqdır: “İstixana effekti yaradan qazların emissiyalarının sonuncu inventarlaşdırılmasına əsasən ölkəmizdə 2022-ci ildə emissiyalar 69,5 million tonn CO₂e, qlobal emissiyaların 0,12%-i təşkil etməklə 1990-cı illə müqayisədə 18% azalıb. Eyni zamanda, Paris Sazişinin 4-cü maddəsinin 19-cu bəndinə əsasən, tərəf dövlətlər Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyalarının hazırlanmasına təşviq olunurlar. Qeyd etmək lazımdır ki, 1 iyun 2024-cü il tarixinə 107 ölkə qanun, siyasət sənədi (NDC, uzunmüddətli inkişaf strategiyası) və yüksək səviyyəli hökumət bəyanatı əsasında 2045-2070-ci illərədək xalis sıfır emissiya (net zero emission) hədəfləri müəyyənləşdirib ki, bu da qlobal istixana qazı emissiyaların təxminən 82%-ni əhatə edir.

V.Kərimov qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişinə uyğun olaraq, ölkə üzrə yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədi (NDC) beynəlxalq təcrübə əsasında hazırlanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Mart 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri