Nazir müavini: “İqtisadiyyatlarımızı ekoloji cəhətdən dayanıqlı etmək üçün COP29 əhəmiyyətli platformadır” Yeni Çağ Media
Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bu, hər bir ölkənin qarşısında duran çətin, amma qaçılmaz bir vəzifədir”.
Yenicag.az xəbər verir ki, Ukrayna maliyyə nazirinin müavini Aleksandr Kava COP29 sammitində çıxış edərək, iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın vacibliyini vurğulayıb. O, tədbiri atmosferə CO2 emissiyalarının azaldılması və iqtisadiyyatların ekoloji dayanıqlığa keçidinin müzakirəsi üçün mükəmməl bir platforma kimi dəyərləndirib.
“Bu, hər bir ölkənin qarşısında duran çətin, amma qaçılmaz bir vəzifədir. Ukrayna olaraq müharibə şəraitində olmamıza baxmayaraq, gələcəyə ümidlə baxır və ölkəmizin bərpasını ən yaxşı beynəlxalq standartlara uyğun şəkildə həyata keçirməyi planlaşdırırıq”, – deyə o, bildirib.
O, həmçinin tədbirin təşkilatçılığına yüksək qiymət verərək Bakını tərifləyib:
“Bakıya artıq üçüncü dəfədir səfər edirəm və hər dəfə bu şəhərin qonaqpərvərliyi və yüksək səviyyəli təşkilatçılığı məni heyran edir.”
Məsimə Məmmədova
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 16 Noyabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















