Icma.az
close
up
RU
Nazir müavini: Türkiyə COP31 də Belemdən sonra qəbul olunacaq qərarları daha da irəli aparmaq gücünə malikdir

Nazir müavini: Türkiyə COP31 də Belemdən sonra qəbul olunacaq qərarları daha da irəli aparmaq gücünə malikdir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bonn, 26 iyun, AZƏRTAC

Türkiyə olaraq biz COP31 İqlim Konfransını Antalyada təşkil etmək istəyirik. Türkiyə coğrafi mövqeyinə görə dünyadan asanlıqla çatılan bir qovşaq (hub) nöqtəsidir. Demək olar ki, dünyanın bütün nöqtələrindən ölkəmizə birbaşa uçuşlar mövcuddur.

Bu barədə AZƏRTAC-a müsahibəsində Türkiyənin Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank bildirib. “Bu gün burada, Bonn şəhərində, Türkiyənin COP31-ə namizədliyi ilə bağlı təşkil olunmuş tədbir keçirdik. Bildiyiniz kimi, artıq 10 gündür davam edən intensiv danışıqlar prosesi Bonn Konfransı çərçivəsində yekunlaşmaq üzrədir.

Türkiyə olaraq COP31-ə namizədliyimizlə bağlı təqdimat zamanı, Türkiyənin niyə COP31-ə ev sahibliyinə namizəd olduğunu və COP-un ölkəmizdə keçirilməsinin hansı üstünlüklər yaratdığını iştirakçılara izah etməyə çalışdıq. Əsasən COP qrupunun təmsilçiləri olmaqla yanaşı, bir çox ölkənin nümayəndələri təqdimatımızda iştirak etdilər, bizi dinlədilər və təşəkkürlərini bildirdilər”, - deyə Fatma Varank əlavə edib.

COP31 namizəd ölkələr arasında Türkiyə ilə yanaşı, Avstraliyanın da namizədlik irəli sürdüyünü diqqətə çatdıran Fatma Varank deyib: “Türkiyəyə səfər, digər namizəd ölkə olan Avstraliya ilə müqayisədə karbon izinə baxdıqda, əhəmiyyətli dərəcədə daha az emissiya ilə başa gəlir. Bu da bizim üçün iqlim baxımından vacib arqumentdir. Məsafənin qısa olması, logistikanın sadə və sürətli təşkili, eyni zamanda iqlim prinsipləri ilə uyğunluq təşkil edir.

Türkiyə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr arasında bir körpü rolunu oynayır. Bu, təkcə coğrafi mövqe ilə deyil, diplomatik və siyasi təcrübə baxımından da belədir. COP prosesində də bilirsiniz ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan tərəflər mövcuddur və biz bu iki tərəf arasında körpü qurmaq üçün ən münasib ölkələrdən biri olduğumuzu vurğuladıq.

Türkiyə həm regional, həm də qlobal miqyasda bu körpünü qurmaq bacarığına malik olan nadir ölkələrdən biridir.

Antalyanın logistik üstünlükləri də diqqətəlayiqdir. Şəhərdə çox yüksək hotel və qonaqların qalmağı üçün yer mövcuddur. COP-un keçirilməsi planlaşdırılan mövsüm də hava şəraiti baxımından olduqca əlverişlidir. Dünyanın hər yerindən gələcək iştirakçıları rahatlıqla qəbul edib yerləşdirə biləcəyimiz bir şəhərdir. Bütün infrastruktur imkanlarımızla bu tədbirə ev sahibliyi etməyə tam hazır olduğumuzu ifadə etdik.

Bundan əlavə, Türkiyə enerji sektorunda əsasən fossil yanacaq ixrac edən və ya istehsal edən ölkə deyil. Bu da bizim üçün vacib bir arqumentdir və onu da təqdim etdik.

Türkiyə, eyni zamanda iqlim sahəsində bir çox layihələr həyata keçirmiş, bölgəsində liderlik göstərmək potensialına malik bir ölkədir. Öz bölgəsində iqlim siyasəti baxımından bir sıra sahələrdə fərqlənərək qabaqcıl rol oynayır. Burada bizimlə birlikdə olan Yalçın Rəfiyevə də təşəkkürümüzü bildiririk. O, bizləri tək qoymadı və bildiyiniz kimi, hazırda Azərbaycanın COP üzrə Baş danışıqçısı olaraq Bonn prosesində iştirak edir.

Braziliya yaxın günlərdə Sədrliyi Azərbaycandan təhvil alacaq. Lakin biz Bakıda, COP29 zamanı Azərbaycanla ahəngdar və məhsuldar əməkdaşlıq apardıq. Azərbaycan COP29-un Sədrliyini böyük uğurla həyata keçirdi, mühüm qərarlar qəbul edildi və onların nəticələrini, ümid edirik ki, bu il Belem şəhərində icrasını artıq görəcəyik.

Türkiyə isə Belemdən sonra qəbul olunacaq qərarları daha da irəli aparmaq gücünə və siyasi iradəyə malik bir ölkədir. Diplomatik gücü də bu prosesə mühüm töhfə verə bilər. Türkiyə olaraq biz COP31-ə namizədik və Antalyada bu tədbiri yüksək səviyyədə keçirməyə tam hazırıq. Əvvəlcə öz regionumuzdan olmaqla, bütün dünya ölkələrinin dəstəyini gözləyirik”, - deyə Fatma Varank vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 02:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri