Icma.az
close
up
RU
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindən REPORTAJ

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindən REPORTAJ

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 28 sentyabr, AZƏRTAC

Bu gün qonşu Gürcüstanda Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını, incəsənətini yaşadan, təbliğ edən bir neçə mədəniyyət ocağı var.

Onlardan biri də Tbilisinin mərkəzində, Kür çayının sağ sahilində Vaxtanq Qorqosali küçəsi 17 ünvanında yerləşən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyidir.

AZƏRTAC-ın xüsusi müxbirinin Muzeydən hazırladığı reportajı təqdim edirik.

Muzeyə daxil olarkən hər iki dövlətin bayraqları, dövlət himnləri və Axundzadənin büstü diqqəti çəkir. Sağ tərəfdəki otaqda M.F.Axundzadənin, eləcə də digər Azərbaycan və gürcü ədiblərinin əsərlərindən ibarət kitabxana, foto materiallar var.

Pilləkənlərlə qalxanda divarlarda asılmış Azərbaycan və gürcü ədiblərinin rəsm əsərləri, Axundzadənin əsərlərindəki personajların fotoları artıq buranın mədəniyyət beşiyi olduğunu sübut edir.

İkinci mərtəbədə Azərbaycanın qədim mədəniyyət nümunələri, tariximizin bütün dövrlərini əks etdirən maddi və mənəvi abidələr var.

Üçüncü mərtəbə isə konfrans, seminar və “dəyirmi masa” keçirmək üçün hazırlanıb.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva binanın tarixi və bugünkü əhəmiyyəti barədə məlumat verib.

L.Əliyeva deyib ki, 1834-cü ildə Tbilisiyə gələn görkəmli Azərbaycan dramaturqu və yazıçısı Mirzə Fətəli Axundzadə burada Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb. Bina M.F.Axundzadənin öz vəsaiti hesabına inşa edilib. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının müraciəti əsasında muzey təsis edilib və M.F.Axundzadənin ev-muzeyi kimi fəaliyyət göstərib. 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra M.F.Axundzadənin Ev-Muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib. 2007-ci ildə Gürcüstan Prezidentinin Sərəncamına əsasən, ev-muzeyə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

Onun sözlərinə görə, 2013-cü il may ayının 8-də keçirilmiş rəsmi açılış mərasimində Gürcüstanın Baş naziri, onun birinci müavini, həmçinin digər nazirlər iştirak ediblər. 2014-cü ildə Gürcüstana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.

L.Əliyeva deyir ki, bu gün muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq, təmsil və təbliğ etməkdir. Muzey Gürcüstanda fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycan mədəni irsinə aid milli dəyərlərimizi aşkarlayaraq tədqiq edir, onların sərgilərini keçirir.

Daha sonra M.F.Axundzadənin qonaq və iş otaqları ilə tanış oluruq.

Muzeyin ekspozisiya hissəsi altı zaldan ibarətdir.

Otaqları gəzdikcə divarlarda müxtəlif dövlət və incəsənət, mədəniyyət xadimlərinin fotoları, dövlət xadimlərinin, elm, incəsənət, mədəniyyət və siyasi xadimlərin böyük dramaturq M.F.Axundzadə haqqında fikirlərini görürsən.

İkinci mərtəbədəki böyük zalda qədim Azərbaycan mədəniyyətinin, incəsənətinin nümunələrini, xalqımıza aid geyim, bəzək əşyalarını görmək olar. Qobustan qayalıqlarındakı qaval daşının oxşarını burada görmək mümkündür.

Sonra M.F.Axundzadənin qonaq və iş otağına daxil olursan. Otaqda böyük ədibin evinin Şuşadakı evinin maketini, eləcə də digər əşyaları görmək olur.

Digər otaqlara baxırıq. Bu otaqlardakı divarlarda Azərbaycan xalqının Ümummilli Liderinin, eləcə də Prezident İlham Əliyevin müxtəlif illərdə Gürcüstana səfərlərini və keçirdikləri görüşlərdən fotoşəkilləri görürsən.

Otaqları gəzərkən diqqət çəkən məqamlardan biri də burada yaradılmış “Qarabağ Guşəsi”dir. Bu guşədə Azərbaycan bayrağı, kəlağayı, Şuşadan gətirilmiş torpaq və qiymətli suxur daşları var.

Divarlarda, həmçinin M.F.Axundzadənin aldığı mükafatlar, orden və medallar sərgilənir. Eyni zamanda, M.F.Axundzadənin banisi olduğu Azərbaycan əlifbasının ilk nüsxəsinin fotosu da burada saxlanılır.

Başqa bir otaqda Azərbaycan musiqi alətləri, tar, kamança, qaval, balaban və digər alətləri, onların maketlərini də görmək olur. Burada, həmçinin Qori seminariyasını bitirmiş azərbaycanlıların fotoları da yer alıb.

Leyla Əliyeva deyir ki, muzeydə, həmçinin rəsm, xalçaçılıq, Azərbaycan, ingilis və gürcü dili kursları üçün xüsusi otaq da fəaliyyət göstərir. Burada xarici vətəndaşlara Azərbaycan dili dərsləri keçirilir. Saz alətində ifa etmək istəyənlər üçün də kurslar açılıb.

Muzeydə Tbilisi şəhərində yeganə olan azərbaycandilli kitabxana fəaliyyət göstərir. Həmçinin binada incəsənət qalereyası və "Müsyo Jordan" kafe-ədəbi kitabxanası yerləşir. Kafedə M.F.Axundzadənin mumdan hazırlanmış heykəli qoyulub.

Bu gün muzeyi təkcə paytaxt Tbilisinin qonaqları deyil, bölgələrdən, habelə xarici ölkələrdən gələn qonaqlar, turistlər də ziyarət edirlər. Onlar buradan zəngin təəssüratlarla ayrılırlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see248

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see219

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see169

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see161

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see146

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see146

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see145

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see135

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see134

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see133

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see130

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see130

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see128

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see127

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see123

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see123

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri