Icma.az
close
up
RU
Nazirlik: Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar 3800 əlilliyi olan şəxs var

Nazirlik: Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar 3800 əlilliyi olan şəxs var

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan 3 800 şəxs var.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzadan 39 il ötür. Bu dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan da xeyli sayda insan iştirak edib:

"Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Qanun qəbul edilib, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi sahəsində mühüm addımların atılmasına başlanıb. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının da ildən-ilə güclənməsinə imkan verib".

Çernobıl qəzası ilə əlaqədar əlilliyi olanlar iki qrupa bölünürlər:

Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslər (2 mindən çox şəxs);

Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər (1800-dək şəxs).

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən:

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər mənzil və avtomobillə təmin olunurlar;

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat) ödənilir;

Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcə gözdən əlilliyi olanlar 300 manat) ilə təmin edilir;

Hər iki qrupa aid əlilliyi olan şəxslərə əlilliyə görə aylıq pensiya və ya aylıq müavinət (əlillik dərəcələri üzrə müavinət hazırda müvafiq olaraq 270 manat, 220 manat, 150 manatdır) ödənilir;

Bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər Prezidentin aylıq təqaüdü (100 manat) ilə təmin olunur;

Həmçinin hər iki qrupa aid əlilliyi olanların müalicəsi üçün hər il onlar birdəfəlik müavinətlə və Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan uşaqları aylıq müavinətlə təmin edilirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Aprel 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri