Icma.az
close
up
RU
Nazirlik əmək miqrasiyası kvotası ilə bağlı yeni qaydanın DETALLARINI AÇIQLADI

Nazirlik əmək miqrasiyası kvotası ilə bağlı yeni qaydanın DETALLARINI AÇIQLADI

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Nazirlər Kabineti “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edib. Dəyişikliklərə əsasən, əmək miqrasiyası kvotası Nazirlər Kabineti tərəfindən hər ilin başlanmasına 3 ay deyil, 1 ay qalmış təsdiq ediləcək. İşəgötürənlər növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbata dair proqnoz-məlumatı Dövlət Miqrasiya Xidmətinə hər il mayın 1-dək deyil, avqustun 1-dək təqdim edəcək. 
Bu barədə Demokrat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib. 
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Neft Şirkəti aidiyyəti məlumatları müvafiq qurumların nümayəndələrindən ibarət Komissiyaya hər il avqustun 1-dək deyil, sentyabrın 1-dək təqdim edəcək. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Komissiyaya təqdim olunan məlumatlar əsasında icmal hazırlayaraq Komissiya üzvlərinə hər il avqustun 15-nə qədər deyil, oktyabrın 15-nə qədər təqdim edəcək. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Komissiyaya təqdim etməli olduğu məlumatlara Nazirliyin elektron sistemi üzərindən əcnəbilərin iş icazəsi əsasında qüvvədə olan əmək müqavilələri üzrə təhlillər də daxil ediləcək.
Elm və Təhsil Nazirliyi növbəti il üçün peşə və ixtisaslar üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələri ilə yanaşı, tam orta təhsil bazası üzrə ümumi təhsil müəssisələrində təhsilləri başa çatacaq vətəndaşların sayı barədə də məlumatı Komissiyaya təqdim edəcək.
Cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən məlumatda iş icazələri qüvvədə olan əcnəbilərin adlı siyahısı da göstəriləcək. 
Növbəti il üçün kvota ilə bağlı təkliflər Komissiya tərəfindən Nazirlər Kabinetinə hər il sentyabrın 15-dək deyil, noyabrın 10-dək təqdim ediləcək. 
 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see312

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see196

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see195

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see184

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see151

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see149

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see134

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see132

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see127

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see127

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see122

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri