Icma.az
close
up
RU
Nazirlik xaricdə onlayn təhsil vədləri ilə bağlı açıqlama yaydı: Diplomlar tanınmayacaq

Nazirlik xaricdə onlayn təhsil vədləri ilə bağlı açıqlama yaydı: Diplomlar tanınmayacaq

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır”. 

Mia.az xəbər verir ki, bu barədə Agentliyin yaydığı açıqlamada qeyd olunub.  

Bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir:

“Bildiririk ki, hazırda tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.

Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur”.

Açıqlamada, həmçinin qeyd olunub ki, həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması). Bu  halda hər iki bənd üzrə tələblər təmin olunmuş olur. Qiyabi təhsilə gəldikdə isə Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbənlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir. Qeyd olunan müddətin tədris dövrünü əhatə etməsi zəruridir.

Əlavə olaraq vətəndaşlarımıza sözügedən Qaydalarla (https://e-qanun.az/framework/54957), həmçinin https://www.tkta.edu.az/ FAQ bölməsində yer alan suallarla tanış olmağı tövsiyə edirik”.

Agentlik xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 Avqust 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see230

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see228

“Düşündüm ki, başqa yolum yoxdur” 55 yaşında tələbə oldu

26 Avqust 2025 16:18see188

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see146

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see139

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see138

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see136

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see135

ABŞ İranın bu həmləsinin qarşısını aldı Tramp

25 Avqust 2025 21:46see133

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see133

2026 cı ildə bəxti gətirməyəcək bürclər

25 Avqust 2025 23:59see131

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see131

Tramp: Rusiya Ukrayna məsələsinin asan olacağını düşünürdüm

25 Avqust 2025 21:16see129

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see128

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see128

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see127

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see124

“Zamanla daha yaxşı olacağımıza inanıram” Kaxaber Tsxadadze

25 Avqust 2025 23:12see114

ABŞ bayrağını yandıranlara 1 illik həbs cəzası Tramp qərarı imzaladı

25 Avqust 2025 22:11see112

Paşinyanın dostundan müharibə etirafı: “Müharibə 100 illik təxirə salınıb”

26 Avqust 2025 14:53see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri