Icma.az
close
up
RU
NDU da “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib

NDU da “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 25 aprel, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gənclərin karyera inkişafında təhsilin və innovasiyanın rolu” mövzusunda forum keçirilib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, forum Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı, həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Təşkilatçı və dövlət qurumlarının rəhbərlərinin, universitetin müəllim-tələbə heyətinin iştirakı etdiyi forum gənclərdə hüquqi savadlılıq, vətəndaşlıq məsuliyyəti və milli dəyərlərə bağlılığın artırılması məqsədi daşıyıb.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında bildirib ki, karyera üçün tələbə təşəbbüslərinin dəstəklənməsi önəmlidir və universitetdə bunun üçün çox geniş imkanlar təklif olunur, həmçinin uğurlu nəticələr var. Xüsusilə Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyətləri uğurludur. Universitetin ENACTUS komandası ardıcıl olaraq 5 dəfə “Enactus Azərbaycan Milli Yarışı”nın qalibi olub, dünya çempionatında ölkəmizi təmsil ediblər. Universitetdə Avropa Tibb Tələbələri Assosasiyası (EMSA) və Avropa Hüquqşünas Tələbələr Asossiasiyası (ELSA) tələbə təşkilatının üzvlüyü təsdiq olunub. Ötən il tələbələr 8 qrant müsabiqəsinin qalibi olublar, bir neçə il ard-arda Azərbaycanda “İlin Tələbə Gənclər Təşkilatı" seçilib və xüsusi mükafata layiq görülüblər. Universitetin TGT-nin vaxtilə olan sədri Gənclər üçün Prezident mükafatına layiq görülüb. Bütün bunlar gənclər üçün stimuldur və universitetdə bu gün rəhbər heyətdə çalışan gənclər var.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev ölkəmizdə icra olunan gənclər strategiyası barədə məlumatları bölüşüb. Gənclər və İdman Nazirliyinin yaradılmasından, Azərbaycanda 2 Fevral - Gənclər Gününün təsis olunmasından, “Gənclər siyasəti haqqında” qanun və gənclərlə bağlı müxtəlif Dövlət proqramlardan bəhs edib. O, sürətlə rəqəmsallaşan dünyada gənclərin peşəkar inkişafına dəstək göstərmək üçün təhsil və innovasiyanın vacibliyindən də söhbət açıb.

Tədbir “Təhsil və İnnovasiya: Gənclərin karyera inkişafında yeni perspektivlər” mövzusunda panel müzakirəsi ilə davam edib. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri səlahiyyətlərini icra edən, nazir müavini Fərid Bağırzadə və Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Rahid Ələkbərli mövzu ətrafında çıxış edib, fikir mübadiləsi aparıblar. Çıxışlarda natiqlər təhsil və innovasiyanın gənclərin peşəkar inkişafındakı əhəmiyyətini vurğulayıb, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən layihələrin bu sahədə yaratdığı imkanları diqqətə çatdırıb və gənclərin karyera inkişafında qarşıya qoyulan əsaslı çağırışlardan bəhs ediblər.

Sonra mövzu üzrə sual-cavab sessiyası keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri