Icma.az
close
up
RU
NDU tarixində ən yüksək göstərici: 2025 2026 ci tədris ilində ali təhsil ocağında 50 əcnəbi alim çalışacaq

NDU tarixində ən yüksək göstərici: 2025 2026 ci tədris ilində ali təhsil ocağında 50 əcnəbi alim çalışacaq

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 10 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin strateji hədəfləri sırasında əcnəbi akademiklərin tədrisə cəlbi xüsusilə diqqətdə saxlanılır, bu yöndə sıx əməkdaşlıqlar qurulur, əcnəbi ali təhsil müəssisələrinin alimləri fakültələr üzrə tədrisə cəlb olunur. Təsadüfi deyil ki, 2025-ci il NDU tarixində əcnəbi alimlərin tədrisə cəlbində say olaraq ən yüksək göstərici qeydə alınıb. 7 fakültə üzrə 31 xarici professor yeni tədris ilində ali təhsil ocağına dəvət olunub. Beləliklə, ötən ildən də dəvətli əcnəbi alimlərlə birgə 2025-2026-ci tədris ilində Naxçıvan Dövlət Universitetində 50 əcnəbi müəllim çalışacaq.

Türkiyə, İordaniya, Yaponiya, Macarıstan və digər ölkələrin nüfuzlu universitetlərindən olan alimlər xüsusilə tibb, əczaçılıq, mühəndislik, iqtisadiyyat, beynəlxalq münasibətlər, hüquq, xarici dillər və digər sahələr üzrə dərs deyəcəklər. Əksəriyyəti Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən - İstanbul Universiteti, Orta Şərq Texniki Universiteti (ODTÜ), Karadeniz Texnik Universiteti (KTÜ), Ege Universiteti, İstanbul Universiteti-Cərrahpaşadan olan qonaq professorlar dərslərdə mühazirələr oxuyacaq, tədqiqat aparacaqlar.

Əcnəbi müəllimlər NDU-dakı tədris dövrü ilə bağlı təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər.

Professor Aysel Ersoy deyib: “İstanbul Universiteti – Cərrahpaşada Elektrik və elektronika mühəndisliyi kafedrasının professoruyam. Naxçıvan Dövlət Universitetində “Kompüter mühəndisliyi” ixtisasında “Rəqəmsal elektronika” dərsini tədris edirəm. Universitetdə ideal tədris şəraiti mövcuddur. Yeni açılışı olan Naxçıvan İnnovasiya Mərkəzində 5 laboratoriya var. Tədris müddətində əcnəbi və Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı tələbələrə dərsləri ingilis dilində keçirik. Bu tələbələr çox intellektualdırlar, həm xarici dilə, həm də öz ana dillərinə yaxşı hakimdirlər. Onlarla rahatlıqla ünsiyyət qururuq və akademik bilgiləri tam şəkildə mənimsəyirlər”.

Muğla Sıtkı Koçman Universitetinin Texnologiya fakültəsinin professoru olan Osman Özkaraca bildirib ki, Naxçıvan Dövlət Universitetində qarşılıqlı razılaşma çərçivəsində fəaliyyətə başlayıb. “Məqsədimiz unveristetlərarası əlaqələri genişləndirmək, buradakı tələbələrə öz bilgilərimizi, təcrübələrimizi bölüşməkdir. Çox həvəsli və aktiv tələbələr var, bu da dərsə xüsusi maraq yaradır. Onlarla yeni bilgiləri paylaşmaq məni çox şad edir”, - deyə o vurğulayıb.

Dosent Serdar Biroğul deyib: "Düzce Universitetində Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi kafedrasının dosentiyəm. Artıq altı aydır Naxçvan Dövlət Universitetində fəaliyyətimi davam etdirirəm. Orada olduğu kimi, burada da süni intellektlə bağlı dərsləri tədris edirəm. Akademik heyətin fəaliyyəti, idarəçilik mühiti rahat iş imkanı yaradır. Naxçıvan Dövlət Universitetində fəaliyyətim dövründə üç konfransda iştirak etmişəm. Bu konfransların təşkilati heyətində yer almışam və bu, mənim üçün çox önəmli təcrübə olub. Burada xüsusilə tələbələri də qeyd etməliyəm, gözəl hədəfləri olan tələbələr var”.

İstanbul Universitetinin – Cərrahpaşanın professoru olab Mehmet Sarper Erdoğan isə bildirib ki, İctimai səhiyyə sahəsi üzrə dərsləri tədris edir: “Naxçıvanda olmaqdan çox məmnunam və semestr ərzində dörd dəfə burada olacağam. Universitetin zəngin tədris imkanları var, tələbələrdə öyrənməyə böyük maraq var və bu, məni sevindirir. İlk dərs təəssüratlarım yüksəkdir”.

Qeyd edək ki, ali təhsil ocağında artıq oktyabr ayından peşəkar inkişaf təlimlərinə də başlanılıb. Bu çərçivədə əcnəbi professorlar bütün fakültələr üzrə müəllimlər üçün də təlimlər keçir. Bu təlimlər növbəti ilin aprel ayına qədər davam edəcək.

Xatırladaq ki, cari ilin aprel ayında Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq məhz NDU-da genişmiqyaslı “Beynəlxalq Təlim Aylığı” proqramı həyata keçirilib. Proqram çərçivəsində 6 ölkədən 21 təlimçi universitetdə müxtəlif sahələri əhatə edən təlimlər aparıb. Həmin təlimlər 3 dildə – Azərbaycan, türk və ingilis dillərində olmaqla ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Niderland və Özbəkistandan olan tanınmış ekspertlərin iştirakı ilə baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see178

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see177

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see129

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see127

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri