Icma.az
close
up
RU
Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Əfsanəvi aktyor Dik Van Dayk 2025-ci ilin sonunda 100 yaşını tamamladıqdan sonra uzunömürlülüyünün əsas sirlərindən birini bölüşüb. Maraqlıdır ki, onun qeyd etdiyi bu amil elmi araşdırmalarla da təsdiqlənib.

Qaynarinfo-nun "ScienceAlert” nəşri istinadən məlumatına görə, aktyor bildirib ki, heç vaxt pis əhval-ruhiyyədə oyanmır. Alimlərin fikrincə, həyata bu cür müsbət yanaşma həqiqətən də ömrün uzanmasına kömək edə bilər.


Səhiyyə sahəsində tədqiqatçı Colanta Berk bildirib ki, çoxsaylı elmi araşdırmalar müsbət əhval-ruhiyyə və nikbinliyi daha uzun ömürlə əlaqələndirir.

Belə ki, hələ 1930-cu illərdə başlanmış ən məşhur tədqiqatlardan biri göstərib ki, gənclik dövründə daha çox müsbət emosiyalar nümayiş etdirən qadınlar daha az nikbin olan qadınlarla müqayisədə orta hesabla 10 il daha uzun yaşayıblar.

Bundan əlavə, 2019-cu ildə dərc edilmiş araşdırma nikbinliyin ömür uzunluğunun təxminən 15 faiz artması ilə əlaqəli olduğunu göstərib. Alimlər həmçinin müəyyən ediblər ki, nikbin insanlar 85 və daha yuxarı yaşa çatmağa daha çox meyllidirlər.

Niyə müsbət əhval-ruhiyyə ömrü uzadır?

Tədqiqatçılar bu təsirin mexanizmini hələ də tam izah edə bilməsələr də, ehtimal edirlər ki, nikbinlik stressin öhdəsindən daha asan gəlməyə kömək edir, sosial əlaqələri möhkəmləndirir və insanı daha sağlam həyat tərzi sürməyə təşviq edir.

1938-ci ildən davam edən digər genişmiqyaslı araşdırma isə göstərib ki, xoşbəxt və uzun ömrün ən vacib amillərindən biri ailə üzvləri və dostlarla möhkəm münasibətlərdir.

Alimlərin məlumatına görə, orta yaş dövründə sosial çevrəsindən daha çox razı qalan insanlar 80 yaşına çatdıqda sağlamlıqlarını daha yaxşı qoruyur, ağır xəstəliklərlə daha az üzləşir və xəstəliklərdən daha tez sağalırlar.

Təkcə genlər deyil

Mütəxəssislər hesab edirlər ki, irsiyyət ömür uzunluğuna təsir göstərsə də, həlledici amil deyil. Bəzi hesablamalara görə, uzunömürlülüyün təxminən 30 faizi genetika ilə bağlıdır, qalan 70 faiz isə qidalanma, fiziki aktivlik, stress səviyyəsi və psixoloji vəziyyət də daxil olmaqla həyat tərzindən asılıdır.

Araşdırmalar həmçinin göstərib ki, 50 yaşdan yuxarı həyat məqsədi aydın olan insanlar fiziki və psixi sağlamlıq baxımından daha yaxşı göstəricilərə malik olurlar.

Beləliklə, elmi tədqiqatlar göstərir ki, müsbət əhval-ruhiyyə, aktiv həyat tərzi, güclü sosial əlaqələr və həyatda məqsəd hissi sağlam qocalmanı dəstəkləyir və uzunömürlülük ehtimalını artırır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyul 2026 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri