Icma.az
close
up
RU
“Nə sülh, nə müharibə” siyasətinin sonu gəlir

“Nə sülh, nə müharibə” siyasətinin sonu gəlir

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyada geosiyasi münaqişələrin artması fonunda Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması getdikcə daha aktual mövzuya çevrilir.

Əks təqdirdə, beynəlxalq güclərin ətraf regionlarda baş verən maraqlar toqquşması Cənubi Qafqaza da sirayət edə bilər. Hazırda Gürcüstanda müşahidə olunan gərginlik, Qərbin Ermənistan üzərindən bölgədə təsirini artırmaq cəhdlərinə Rusiyanın müqaviməti bu qarşıdurmanın başlandığını göstərir. 

Lakin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması regionda növbəti münaqişənin yaranması üçün potensial təhlükə olaraq qalır.

Ermənistanın son addımları isə sülh sazişinin yaxında reallaşacağını şübhə altına alır. Nikol Paşinyan hakimiyyətinin sülh prosesinə paradoksal yanaşması Ermənistanın müharibəyə hazırlaşdığına dair rəyləri artırır. 

Yəni, Ermənistan rəsmiləri bir tərəfdən sülh müqaviləsini dərhal imzalamağa hazır olduğuna dair bəyanatlar versə də, eyni zamanda aktiv silahlanma siyasəti Paşinyanın iddiaları ilə ziddiyyət təşkil edir. 

Bu isə perspektivdə Ermənistanın sülhdə maraqlı olmadığına dəlalət edir. 

Nikol Paşinyanın Ermənistanın müharibəyə hazırlaşmadığına dair açıqlaması qeyd edilən kontekstdə daha çox gərginliyin azaldılmasına hesablanmış gediş kimi qiymətləndirilə bilər. Yəni, rəsmi İrəvan hazırda sülh tərəfdarı olduğuna dair görüntü yaratmaqla Ermənistanı sülhə məcbur edə biləcək xarici təzyiqləri neytrallaşdırmağa çalışır. 

Eyni zamanda, Ermənistan sülh çağırışları fonunda dinc silahlanma strategiyasını həyata keçirir. “Bizim Azərbaycana hücum etmək üçün heç bir səbəbimiz yoxdur. Biz siyasi müstəvidə daha bir hüquqi addım atdıq və Almatı Bəyannaməsi əsasında bir-birimizin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdıq. Razılaşmaya əsasən, parlament demarkasiya komissiyalarının birgə fəaliyyətinin reqlamentini ratifikasiya edib və yaxın vaxtlarda növbəti bölmədə qarşılıqlı razılaşma əsasında delimitasiya prosesinə başlamalıyıq”. 

Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı belə deyib.

“Bu mənada mən Ermənistanın regionda sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətini istisna edirəm”, - deyə Paşinyan əlavə edib. Real vəziyyət isə Paşinyanın fikirlərinin əksini göstərir. Ermənistanın 2025-ci ilə dair dövlət büdcəsində müdafiə xərcləri 20 faiz artırılaraq 665 milyard dram və 1 milyard 713 milyon dollara çatdırılıb. Ermənistanın hərbi sahədə atdığı addımlar bu vəsaitin böyük hissəsinin xaricdən ağır silahların alınmasına sərf olunacağını deməyə əsas verir. 

Hindistan, Fransa və İrandan alınan artilleriya-raket sistemləri Ermənistanın müharibəyə hazırlaşdığına dair qənaəti möhkəmlədir. 

Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ-yə səfəri çərçivəsində yunanıstanlı həmkarı Nikol Dendiasla hərbi əməkdaşlığı müzakirə etməsi də məhz bu niyyətə xidmət edir. Sözügedən görüş zamanı aparılan müzakirələr Ermənistanın Yunanıstandan “S-300” hava hücumundan müdafiə sistemləri alacağı barədə xəbərləri dolayısı təsdiq edir. 

Əslində baş verən prosesləri Azərbaycan tərəfi də diqqətlə izləyir. Çünki Ermənistanın indiyə qədər diplomatik müstəvidə daha çox siyasi manipulyasiya ilə məşğul olması və hərbi arsenalını gücləndirməyə üstünlük verməsi sülh prosesinə olan ümidləri azaldır. 

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin “Qayıdış hüququ: 

Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alan fikirləri Paşinyan hakimiyyətinə xəbərdarlıq məqsədi daşıyır. 

“Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir”,-deyə Azərbaycan Prezidenti bəyan edib. 

Bununla da, dövlət başçısı Ermənistanın silahlanma siyasətinin sülh danışıqlarına zərbə vurduğunu qeyd edir. Yəni, ölkə rəhbərliyi özünün dediyi kimi, “böyük Ermənistan” xülyasından imtina edib “real Ermənistan” haqqında düşünsəydi, o zaman konstitusiyaya referendumu keçirməyə razılıq verərdi. Bu isə qeyd-şərtsiz sülh müqaviləsinin imzalanmasına aparan yolu açmış olar. Lakin Ermənistanın konstitusiyasında, Hərbi Doktrinasında, Milli Təhlükəsizlik Strategiyasında və digər hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalır. Ermənistan müharibədə məğlub olsa da, Azərbaycana qarşı hüquqi işğal siyasətini davam etdirir. Paralel olaraq, Ermənistan hərbi sahədə güclənməklə Azərbaycana olan ərazi iddialarını həyata keçirəcəyinə dair yenidən ümid edir. Bununla da 44 günlük müharibədən sonra Ermənistanın siyasətində azacıq müşahidə olunan praqmatizmi yenidən utopiyanın əvəz etməyə başladığını görmək olar. 

Paşinyan öz hakimiyyəti dövründə Azərbaycanla üçüncü müharibəyə getməyə bilər. Ancaq o, “nə sülh, nə müharibə” siyasətinə üstünlük verməklə, məsuliyyəti öz xələfinə ötürmək istəyində görünür. 

Xüsusilə də perspektivdə revanşistlər Ermənistanda hakimiyyətə gələrsə, konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının olmasını bəhanə edərək yenidən müharibəyə cəhd göstərə bilər. Lakin Azərbaycan Prezidentinin müraciəti Ermənistanın seçim etmək şansının məhz bu gün olduğunu göstərir.

Yəni, Ermənistan dayanıqlı sülhü məhz bu gün əldə etmək imkanına malikdir.

Gələcəkdə bu imkan itiriləcək. Çünki Azərbaycan indiki situasiyada Ermənistana bərabərhüquqlu tərəf kimi sülh sazişi imzalamağa icazə verir.

Ermənistanın növbəti dəfə döyüş meydanında daha ağır məğlubiyyətə uğrayacağı şübhə doğurmur. İkinci kapitulyasiya müqaviləsində Ermənistan bu hüquqdan məhrum ola bilər. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri