Icma.az
close
up
RU
Nə yerdə, nə də səmada bitən müharibə: Gözlər Ağ Evdə, diqqətlər Kremldə...

Nə yerdə, nə də səmada bitən müharibə: Gözlər Ağ Evdə, diqqətlər Kremldə...

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Konqres qarşısında çıxış edən ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən sülh danışıqlarına hazır olduğunu bildirən məktub aldığını elan edib. O, eyni zamanda Rusiyadan da "sülh siqnalları" gəldiyini bildirib.

Bu açıqlama Ukrayna müharibəsi ilə bağlı yeni siyasi diskussiyalara səbəb oldu. Əgər Zelenskinin məktubu həqiqətən Trampın dediyi kimi sülh danışıqlarına açıq bir siqnaldırsa, bu, müharibənin gedişatına ciddi təsir edə bilər. Digər tərəfdən isə Rusiyanın sülhə hazır olması bəyanatı nə qədər realdır? Geosiyasi kontekstdə Ukraynanın sülhə hazır olması onun nə qədər güzəştə getməyə razı olacağından asılıdır.

Əgər sülh danışıqları baş tutarsa, ən əsas məsələ işğal olunmuş ərazilərin aqibətinin necə olacağıdır. Rusiya bu əraziləri ilhaq etdiyini elan edib və bu mövqedən geri çəkilmək niyyətində olmadığını dəfələrlə bildirib. Digər tərəfdən, Kiyev üçün bu ərazilərdən imtina etmək strateji və siyasi baxımdan məğlubiyyət demək olardı. Trampın açıqlamaları sülh perspektivlərini gündəmə gətirsə də, bu prosesin real olub-olmadığı tərəflərin konkret addımlarından asılıdır.

Moskva və Kiyev arasında razılıq əldə etmək üçün hansı şərtlərin masaya qoyulacağı və ABŞ-nin bu prosesdə oynayacağı rol hələ də sual olaraq qalır. ABŞ Prezidenti çıxışında Kiyevə hərbi yardımın dayandırılması barədə heç nə demədi. Ukrayna üçün bəzi Amerika silahlarının tədarükü kritik əhəmiyyət daşıyır və nə yerli, nə də Avropa silahları ilə əvəz oluna bilər. Bu məsələyə Zelenski də əvvəlki gün paylaşdığı postlarında toxunmayıb. 

Məsələ ilə bağlı ukraynalı ekspert, Milli Strateji Tədqiqatlar İnstitutunun baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us "Cümhuriyət”-ə açıqlamasında bildirib ki, hazırkı mərhələdə başa düşülməsi vacib olan ilk şey hadisələrin dinamikasının çox yüksək olmasıdır.

O vurğulayıb ki, hətta böyük əhəmiyyət daşıyan bəzi xəbərlər belə sadəcə olaraq bir həftə ərzində əhəmiyyətini itirə bilir, çünki yeni xəbərlər onları kölgədə qoyur:

"Eyni vəziyyət ABŞ-nin Ukraynaya yardımı məsələsində də müşahidə olunur. Şübhəsiz ki, ABŞ Prezidentinin Oval ofisdə Ukrayna Prezidenti Zelenski ilə keçirdiyi mürəkkəb danışıqdan sonra münasibətlərin tamamilə kəsildiyi və artıq ABŞ-nin Ukraynaya yardım etməyəcəyi hissi yaranmışdı.

Bu, çox kritik bir məsələdir, çünki ABŞ yalnız silah deyil, həm də kəşfiyyat məlumatları verir. Eləcə də bir çox ekspertin dediyi kimi, raket əleyhinə sistemlər təqdim edir.  ABŞ-nin Qərb dünyasında lider olaraq qəbul edilməsi də çox vacibdir, baxmayaraq ki, biz Kanada ilə olan münasibətlərdə ABŞ-ni tənqid edən bəzi müttəfiqlərin mövqeyini görürük. Lakin ABŞ  liderdir və buna görə Ukrayna üçün ABŞ-nin dəstəyi çox vacibdir, xüsusən də simvolik mənada".

Ekspert qeyd edib ki, çətinliklər oldu, yardım dayandırılacaq söylənildi, amma sonradan Trampın Konqres qarşısındakı çıxışında Zelenskinin məktubunu aldığını və onu çox isti münasibətlə qəbul etdiyini, Ukraynanın sülhə hazır olduğunu bildirdiyini söylədi:

"Ukrayna hər zaman demişdi ki, biz sülhə hazırıq, amma kapitulyasiyaya hazır deyilik, bu, vacib bir məqamdır. İkinci məsələ isə nadir torpaq mineralları ilə bağlı razılaşmadır. ABŞ və Çin arasında gözlənilən ticarət müharibəsi ilə bağlı bir çox mütəxəssis qeyd edir ki, Çin ABŞ-yə nadir torpaq minerallarının tədarükünü məhdudlaşdırmaqla cavab verəcək və buna görə ABŞ digər ölkələrlə bu mineralları təmin etmək üçün razılaşmalar əldə etmək istəyir. Ukrayna ilə razılaşma bunu təmin edə bilər, buna görə də ABŞ bu razılaşmada maraqlıdır.

Burada əsas sual isə budur: Ukrayna təhlükəsizlik zəmanətləri alacaqmı? ABŞ onu vermək istəmir, amma eyni zamanda bildirir ki, əgər biz Ukraynada nadir torpaq minerallarının hasilatı ilə ciddi məşğul olmağa başlasaq, bu, artıq özlüyündə bir zəmanətdir, çünki biz mineralların başqa ələ keçməsini və ya kiminsə Ukraynaya hücum etməsini istəmirik. ABŞ ilə Ukrayna arasında anlaşma çətinliyi var, amma yenə də ABŞ bu zəmanətlərin olacağına işarə edir. Nə olacağını isə zaman göstərəcək. Çünki ABŞ bu razılaşmada maraqlıdır, Ukrayna isə ABŞ-nin Ukraynaya yardım etməyə maraqlı olmasını istəyir. Biz xaos dövründə yaşayırıq, hər şey çox qarışıqdır.

Amma müharibə davam edir, tərəflər hələ də müharibə etməyə hazırdır. Rusiya müharibəyə davam edə biləcəkmi? Rusiyada da iqtisadiyyat da müharibə xəttindədir, bu o deməkdir ki, müharibəni dayandıra bilməyəcəklər və ABŞ onlardan bunu tələb edəcək. Buna görə də heç nə dəqiq məlum deyil. Bir vacib məqam isə budur ki, müharibə yardımlarının dayandırılması çox yüksək ehtimalla müvəqqətidir. Üstəlik, unutmayaq ki, Bayden dövründə Ukrayna təxminən 6 ay müddətinə hərbi yardım ehtiyatı almışdı, yəni bu dayandırılma, medianın təqdim etdiyi qədər kritik əhəmiyyət daşımır".

Kritik 6 ay

Ekspert hesab edir ki, yarım il ərzində Ukrayna ABŞ ilə münasibətləri normallaşdıracaq, çünki Ukraynanın məğlubiyyəti ABŞ-nin marağında deyil, bu qlobal-siyasi oyundur:

“Nə qədər Trampın ritorikası fərqli olsa da, Ukraynanın məğlubiyyəti ABŞ üçün qlobal miqyasda məğlubiyyət olacaq. Lakin burada da nəzərə alınmalı bir məqam var ki, Trampın ritorikası bir qədər dəyişir və onun Kanadaya və Avropa İttifaqı ilə də münasibətlərdə çətinlikləri yaranır, yəni əsas tərəfdaşları ilə münasibətləri mürəkkəbləşir.

İndi tərəfdaşlar da ABŞ-nin hələ də yaxın müttəfiq olub-olmadığını başa düşməyə çalışırlar, bəlkə də artıq belə deyil. Amma bu, əlavə olaraq, Avropanı müdafiə sahəsinə daha çox pul xərcləməyə sövq edəcək və Ukrayna da buna maraqlıdır. Avropa daha çox vəsait ayırarsa, Ukraynabundan faydalana bilər".

Trampın komandası hər şeyi etdi ki...

Ukraynalı hərbi ekspert PavelLakiyçukisə bildirib ki, bir neçə həftə ərzində ABŞ-nin köməyi olmadan təslim olacağı ehtimalını irəli sürənlər Trampın Ağ Evdəki mübahisə zamanı dediyi bu sözlərə əsaslanırlar: 

““Əgər sizdə Amerika silahları olmasaydı, müharibə iki həftə ərzində bitərdi".

Bu, rasional arqumentlər deyil, bu, kor bir inamdır.  Onlar Zelenskinin "Mən Putindən üç gün eşitmişdim, amma siz mənə burada iki həftə deyirsiniz" sözlərinə istinad edirlər. Müxtəlif qüvvələrin tərkibini, fəaliyyətlərini və planlarını diqqətlə və peşəkar qiymətləndirənlər üçün Ukraynanın döyüş sahəsində təslim olacağına dair bəyanatlar absurd görünür. Qısa müddətdə Ukraynanın məğlubiyyət üçün heç bir səbəbi yoxdur. Zelenski Vaşinqtona səfəri zamanı təzyiqə məruz qalaraq onun şərtləri ilə razılaşa bilərdimi? Bəli, bu, siyasi təslimiyyət olardı. Amma Trampın komandası bunun baş verməməsi üçün hər şeyi etdi. 28 fevralda bu olmadı, daha sonra da olmayacaq".

Rusiya da bunu edəcəkmi?

Ekspert bildirib ki,Zelenski məktubda Ukraynanın ABŞ ilə minerallar və təhlükəsizlik zəmanətləri barədə razılaşma imzalamağa hazır olduğunu yazıb. Amerikatərəfi bunu minerallar üzrəmüqavilə kimi təqdim edir, təhlükəsizlik məsələsindən çəkinir. Belə bir razılaşmanın imzalanma ehtimalı var. Amma bu sənədin müharibə ilə nə əlaqəsi var? Bu sənəd gələcək danışıqlar üçün əsas olaraq təqdim olunur, amma onun müharibəyə təsiri varmı?" 

PavelLakiyçuk qeyd edib ki, Zelenski bu münaqişədə atəşkəs üçün konkret addımlar atmağı açıqlayan ilk şəxs oldu:

“Bəzi insanlar bunu "Makronun planı" adlandırırlar, amma bu, məzmunu dəyişdirmir. Əsirlərin azad edilməsi, göydə dərhal atəşkəs, raket hücumlarının, uzaqməsafəlidronların hücumlarının və mülki infrastruktur obyektlərinə hücumların qadağan edilməsi, habelə dənizdə döyüş əməliyyatlarının dayandırılması nəzərdə tutulsa, Rusiya da eyni şeyi edərmi? Aydın görünür ki, bu addımlar Ukraynanın və Avropanın mövqeyinin əsası olacaq, ABŞ-nin dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq Rusiya buna razılaşacaqmı? Bilmirəm.

O, atəşkəsə maraqlı deyil, onun da Tramp kimi məqsədi Ukraynanın təslim olmasıdır. London sammitində Avropa dövlətlərinin liderləri Ukraynanı həm siyasi, həm də hərbi-texniki baxımdan dəstəkləməyə davam edəcəklərini yekdilliklə bəyan etdilər. Bu sözlər təcili yardım paketləri ilə dəstəkləndi. 6 martda keçiriləcək Avropa İttifaqı  sammitinin nəticələrini gözləyirik. Hətta Ağ Evdən təhrik olsa da, nə Avropa, nə də Ukrayna Amerikaya qarşı müharibə aparmağı nəzərdə tutur”.

Səbinə Uğur
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Mart 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see182

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see125

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see121

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see118

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see113

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var VİDEO

07 İyun 2025 00:41see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see112

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see112

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see112

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see112

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see111

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri