Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

NED və EED qrant proqramları, əslində, beyinlərin yuyulmasına xidmət edir ŞƏRH AZƏRTAC

NED və EED qrant proqramları, əslində, beyinlərin yuyulmasına xidmət edir ŞƏRH AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 yanvar, AZƏRTAC

Bu gün Avropa İttifaqının (Aİ) Azərbaycana qarşı sərgilədiyi münasibətin rasional məntiqlə izahını vermək mümkün deyil. Əgər söhbət 44 günlük müharibədən, antiterror tədbirlərindən sonra yaranan durumdan, işğalçı ölkənin rüsvayçı məğlubiyyətindən, separatizmin məhvindən doğan reallıqlardan gedirsə, bu, Azərbaycanın, Aİ ölkələrinin əksini açıq şəkildə dilə gətirə bilmədikləri suveren hüquqları çərçivəsində baş verən bir prosesdir. Bu illər ərzində Azərbaycanın bütün maneələrə, öz öhdəliklərinə münasibətdə qlobal məsuliyyət nümunəsi yarada biləcək davranışlarına baxmayaraq, Avropa İttifaqının, bütövlükdə isə Qərb təsisatlarının ölkəmizin ictimai-siyasi mühitinə müdaxilə cəhdləri, müxtəlif layihələr və proqramlar çərçivəsində gənclərimizin beyinlərini “yumaqla” onları öz maraqlarının ifadəçisinə çevirmək niyyətlərini müşahidə etmiş olduq. NED (Аmerikanın “National Endowment for Democracy”) və EED (“Europеan Endowment for Democracy”) tərəfindən maliyyələşdirilən sözdə qrant proqramları, əslində, beyinlərin yuyulmasına xidmət edirdi. Qeyd edim ki, NED-in gerçək mahiyyətini ortaya çıxarmaq üçün qurumun rəhbəri, Corc Sorosun müttəfiqi Vaynşteynin məşhur deyimini xatırlatmaq yerinə düşər. Sitat: “Biz indi Mərkəzi Kəşfiyyat İdarəsinin 25 il öncə gizli şəkildə məşğul olduğu işlərlə aşkarda məşğul oluruq”. Zənnimcə, mahiyyət göz qabağındadır. NED 2016-cı ildən etibarən elan etdiyi qrant layihələrinin “qaliblərini”, 2023-cü ildən başlayaraq isə Azərbaycana yönəlik layihələrinin istiqamətlərini açıqlamır. Amma 2023-cü ilə qədər olan dövr də nəticə çıxarmaq üçün yetərlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Deputat mənzərənin aydın olması üçün NED-in 2022-ci ildə ayırdığı qrantın məbləğinə və ayrılan vəsaitlərin “sərf ediləcəyi” istiqamətlərə nəzər salıb: “Beləliklə, NED 2022-ci il üçün Azərbaycandakı tör-töküntülərinə 970 min 235 ABŞ dolları vəsait ayırıb. Bu məbləğin 398 min 837 dollarının Bakıda və regionlarda vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi adı altında etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə, yəni, süni qarşıdurma və qarışıqlığın yaradılmasına yönəldilməsi nəzərdə tutulub. NED-in və bu təşkilatı himayə edən siyasi “mərkəz”in xaos texnologiyalarına bələd olanlar, adətən süni qarşıdurma və qarışıqlığın yaradılmasına xidmət edən müxtəlif məzmun və xarakterli aksiyalardan öncə, bəhanələrin yaradıldığını, yaxud səhnələşdirildiyini də yaxşı bilirlər.

NED ənənələrinə uyğun olaraq, bəhanələrin yaradılması üçün də vəsait ayırmağı unutmayıb. Belə ki, Fondun 2022-ci ildə Azərbaycana ayırdığı təsdiqlənmiş qrantlarında may ayı üzrə təcili qrantların maliyyələşdirilməsi ilə bağlı bənd də yer alıb. 2022-ci ilin mart-aprel aylarında NED-in nüfuz müvəkkillərinin canfəşanlığını xatırlasaq, ölkəmizdə ard-arda səhnələşdirilən “hadisələr”in forma və məzmununun bu bəndin icrası istiqamətində fəaliyyətin intensiv bir şəkildə həyata keçirildiyini təsdiqləmiş olduğunu görərik.

NED və bu kimi “institutlar”ın təcrübəsində “təcili qrantların ayrılması”, əksər hallarda bu və ya digər ölkəyə qarşı total kampaniyaların aparılması üçün bəhanələrin yaradılmasına xidmət edir. Mexanizm belədir: Öncə “təcili qrantlar” vasitəsilə hansısa ölkədə “fundamental hüquq və azadlıqların pozulduğunu” nümayiş etdirilən bəhanə və bu bəhanənin ətrafında “5-ci kolon”un təmsilçiləri, eləcə də onların qopardığı hay-küyün təsiri altına düşənlər vasitəsilə ajiotaj yaradılır. Sonra dövlət və hakimiyyət orqanlarının səhnələşdilimiş bəhanənin “suçlular”ını məsuliyyətə cəlb etmək marağında olmadığı barədə iddialar körüklənməyə başlayır. Bundan sonrakı prosesdə isə, elə NED, Soros Fondu və digər bu kimi “institutlar” tərəfindən maliyyələşdirilən “beynəlxalq insan hüquq və azadlıqlarını müdafiə təşkilatları” işə salınır. Bu “təşkilatlar” da öz növbəsində “hesabatlar” hazırlayaraq, sifarişçinin nişan verdiyi ünvana, misal üçün, ABŞ Dövlət Departamentinə, ABŞ Konqresinə, Avropa Parlamentinə və digər bu kimi təsisatlara “təqdim” edirlər. Sonra da açıqlamalar, bəyanatlar, qətnamələr mərhələsi başlayır”.

NED-in Azərbaycana ayırdığı qrant vəsaitlərinin məbləğinin illər üzrə hadisələrin dinamikasına uyğun olaraq dəyişdiyini vurğulayan deputat bunun maraqlı məqam olduğunu və bəlli bir strategiya üzərindən hərəkət edildiyinin sübuta yetirildiyini söyləyib. O xatırladıb ki, hələ 2017-ci ildə NED-in Azərbaycandakı və yaxud Azərbaycana yönəlik “layihələr”in icrası ilə vəzifələndirilən nüfuz müvəkkilləri üçün ayırdığı vəsaitlərlə bağlı kiçik bir araşdırma aparıb: “Araşdırma zamanı aydın olmuşdu ki, həmin dövrdə Azərbaycana qarşı aparılan kampaniyaların başında dayanan Milli Demokratiya Fondunun 2011, 2012, 2014 və 2016-cı illərdə öz nüfuz müvəkkillərinə əsasən Gürcüstan üzərindən ötürdüyü vəsaitlərin məbləği 4 milyon 595 min 903 ABŞ dolları təşkil edib”.

Elçin Mirzəbəyli diqqətə çatdırıb ki, NED əsasən Azərbaycana qarşı təxribat kampaniyalarının iştirakçısı olan radikal düşərgənin, həmçinin onların QHT və “media” sektorundakı vasitəçilərinin xarici banklarda olan hesablarına 2011-ci ildə 1 milyon 207 min 839, 2012-ci ildə 1 milyon 403 min 867, 2014-cü ildə 913 min 578, 2016-cı ildə 1 milyon 70 min 619 ABŞ dolları vəsait köçürüb.

“Maraqlıdır ki, 2011, 2012 və 2014-cü illərdə bəzi istisnalar olmaq şərtilə NED-in qrant ayırdığı təşkilatların adı açıqlansa da, 2016-cı ildə qrant alan qurumların, yaxud şəxslərin adı gizli saxlanılıb. Doğrudur, NED-in daha öncəki illərdə maliyyələşdirdiyi qrant layihələrində də şəffaflıq prinsipinə əməl olunmayıb. Lakin 2016-cı ildə ayrılan qrantların kimlərə verildiyi barədə demək olar ki, məlumat yoxdur. Yalnız layihələrin adları və ayrılan vəsaitlərin məbləği açıqlanıb. Məsələn, “Mülkiyyət hüquqları”, “İnsan haqlarının monitorinqi”, “Regionlarda insan haqlarının monitorinqi”, “İnformasiya azadlığı”, “Siyasi institutların gücləndirilməsi”, “Azərbaycanlı tərəfdaşların seçki və siyasi proseslərin şəffaflığını və hesabatlılığını təşviq etmək istiqamətində fəaliyyətlərinin dəstəklənməsi” və sair. Mənzərə göz qabağındadır və şübhəsiz ki, Azərbaycan müstəqil hüququn suveren subyekti olduğunu bütün davranışları ilə göz önünə sərgiləyən bir dövlət olaraq, bu qəbildən olan təxribat ssenarilərini görməzdən gələ bilməzdi”, - deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri