Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Neft dövründən sonra Azərbaycanın Yeni Strateji Gücü

Neft dövründən sonra Azərbaycanın Yeni Strateji Gücü

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


"XX əsrin sonunda Azərbaycanı dünya iqtisadiyyatının mərkəzinə çıxaran ən böyük hadisələrdən biri “Əsrin Müqaviləsi” oldu. 1994-cü ildə imzalanan bu müqavilə yalnız enerji layihəsi deyildi, bu, Azərbaycanın müstəqilliyini iqtisadi gücə çevirən tarixi qərar idi. Həmin dövrdə neft və qaz dünya iqtisadiyyatının əsas dayağı hesab olunurdu və Azərbaycan doğru zamanda doğru strateji addım atdı".
Newscenter.az xəbər verir ki, bunları Azturk Holding-in prezidenti Güləli Bağırov deyib. O qeyd edib ki, bu gün isə dünya dəyişir, neft əvvəlki gücünü itirir:
"Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatlarına görə, 2030-cu ilə qədər dünyada elektrikli avtomobillərin sayı 350 milyonu keçə bilər. Avropa Birliyi 2035-ci ildən etibarən benzin və dizel avtomobillərinin satışını dayandırmağı planlaşdırır. Çin artıq dünyanın ən böyük elektrikli avtomobil istehsalçısına çevrilib. Tesla, BYD, Rivian kimi şirkətlər enerji bazarının gələcəyini dəyişir. Günəş və külək enerjisi üzrə investisiyalar ilk dəfə olaraq neft investisiyalarını bir çox bölgədə geridə qoyub. Yəni XXI əsrin ikinci yarısında əsas güc yalnız neft olmayacaq".
Güləli Bağırov hesab edir ki, gələcəyin əsas gücü logistika, strateji tranzit yolları, süni intellekt, rəqəmsal şəhərlər, enerji və məlumat axınına nəzarət olacaq:
"Məhz bu nöqtədə “NeoOrdo Xəzər Körpüsü” layihəsi ortaya çıxır. Bu layihə sadəcə körpü deyil. Bu, yeni nəsil İpək Yoludur, Avrasiyanın gələcək tranzit xəritəsidir, Azərbaycanı Şərq ilə Qərb arasında əsas strateji mərkəzə çevirə biləcək layihədir".
Layihənin əsas məqsədi barədə məlumat verən Azturk Holding prezidenti qeyd edib ki, Bakıdan başlayaraq Xəzər dənizi üzərindən Türkmənistan və Qazaxıstana birbaşa bağlantı yaratmaqdır:
"Bu bağlantı aşağıdakı sistemləri özündə birləşdirə bilər, avtomobil yolu, yüksək sürətli dəmir yolu, enerji xətti, fiber-optik internet infrastrukturu, logistika və yük daşımaları,
ağıllı liman və sərbəst iqtisadi zonaları.
Niyə bu layihə gələcək üçün həyati əhəmiyyət daşıyır? Çünki Yeni İpək Yolunun mərkəzi finksiyasını oynayır. Hazırda Çin ilə Avropa arasındakı illik ticarət dövriyyəsi 1 trilyon dollara yaxınlaşır. Bu yüklərin böyük hissəsi Rusiya üzərindən, Süveyş kanalı vasitəsilə,
və uzun dəniz marşrutları ilə daşınır. Lakin Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki risklər, İran-Amerika gərginliyi, Qırmızı dənizdə təhlükəsizlik problemləri dünyanı alternativ yollar axtarmağa məcbur edir.
NeoOrdo Xəzər Körpüsü isə Orta Dəhlizi dünyanın ən təhlükəsiz və sürətli tranzit xəttinə çevirə bilər.
İkincisi, gələcəyin savaşları neft üçün deyil, yollar üçün olacaq. Tarix göstərir ki, keçmişdə savaşlar torpaq uğrunda idi, sonra enerji uğrunda oldu. Ggələcəkdə isə logistika və strateji dəhlizlər uğrunda olacaq. Kim yolları idarə edəcəksə:
ticarəti, məlumat axınını, enerji keçidlərini, iqtisadi təsiri də o idarə edəcək".
Güləli Bağırov qeyd edib ki, NeoOrdo layihəsi məhz bu yeni dövrün strateji modelidir:
"Azərbaycanın regional gücdən qlobal mərkəzə çevrilməsi “Əsrin Müqaviləsi” Azərbaycanı enerji xəritəsinə saldı. NeoOrdo isə Azərbaycanı texnologiya, logistika,
investisiya, ağıllı şəhərlər, rəqəmsal iqtisadiyyat sahəsində qlobal mərkəzə çevirə bilər.
Bu layihənin 10 il ərzində mərhələli şəkildə təxminən 350 milyard dollarlıq investisiya potensialına malik olması onu regionun ən böyük strateji layihələrindən birinə çevirir".
Azturk Holding rəhbəri qeyd edib ki, müasir dövrdə ən böyük uğur yalnız resurs sahibi olmaq deyil, dəyişən dünyanı vaxtında görməkdir:
"Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Şərq ilə Qərb arasında balanslı siyasət yürüdür, Orta Dəhlizi gücləndirir, Türk dünyasının inteqrasiyasında mühüm rol oynayır,
həm enerji, həm logistika mərkəzi kimi mövqeyini genişləndirir.
Belə bir dövrdə NeoOrdo kimi layihələrin ortaya çıxması Azərbaycanın gələcəyi oxuyan strateji düşüncəsinin göstəricisi kimi qiymətləndirilə bilər. 1994-cü ildə “Əsrin Müqaviləsi” Azərbaycanın iqtisadi taleyini dəyişdi. NeoOrdo isə neftdən sonrakı dövrün,
yeni İpək Yolunun, rəqəmsal və strateji gələcəyin simvoluna çevrilə bilər".
"Dünya dəyişir. Yeni dövrdə ən böyük güc yalnız neftə sahib olmaq deyil, yolları, əlaqələri və gələcəyin tranzit sistemlərini idarə etmək olacaq. Azərbaycan isə bu dəfə də tarixin dönüş nöqtəsində doğru mövqedə dayanmağa çalışır",-deyə Güləli Bağırov vurğulayıb.
Süleyman İsmayılbəyli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 May 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri