Icma.az
close
up
RU
Neft hasilatının stabilləşməsi, qaz ixracının artırılması planları Enerji sektorumuzu NƏ GÖZLƏYİR?

Neft hasilatının stabilləşməsi, qaz ixracının artırılması planları Enerji sektorumuzu NƏ GÖZLƏYİR?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
2025-ci ilin ilk ongünlüyünü başa vururuq. Və görünən odur ki, bu ilin qədəmləri dünya üçün çox təlatümlü gəldi. Bir tərəfdə təbiət təlatümləri (Kaliforniyadakı meşə yanğınları və Səudiyyə Ərəbistanındakı daşqınlar), digər tərəfdə isə siyasi səhnədə yaşanan şok effektli hadisələr (ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp hətta vəzifəyə başlamazdan əvvəl dünyanın yenidən bölüşdürülməsinin vacibliyini gündəmə gətirir).
Qlobal bazarlar
Belə bir şəraitdə enerji daşıyıcılarının qiymətləri haqda doğru-dürüst proqnoz etmək mümkündürmü? Çox mürəkkəbdir.
 

MÖVZU İLƏ BAĞLI:
“Qara qızıl”dan “yaşıl enerji”yə KEÇİD – Neftdən asılılıq necə AZALDILIR? – İlham Şabanın ŞƏRHİ


Neftin qiyməti il başlayandan 75 dollar həddini keçməyə müvəffəq oldu. London birjasındakı hərraclarda Brent markalı neftin ən bahalı partiyası yanvarın 8-də 77,89 dollara satılıb. Bununla belə,  enerji bazarları üzrə ixtisaslaşan “Wood Mackenzie” şirkətinin təhlilçiləri hesab edirlər ki, Brent markalı neftin qiymətinin cari ildə ötən illərdəki yüksək qiymət göstəricilərində ticarət edilməsi mümkün olmayacaq.
Çünki qeyri-OPEC ölkələrinin (əsasən də ABŞ və Kanadanın) bazara çıxaracaqları həcmlərin artımını proqnoz edirlər. Xatırladım ki, 2022-ci ildə qlobal bazarda neftin orta qiyməti 101,3 dollar, bir il sonra 86 dollar olmuşdu, ötən ili isə Brent 80,5 dollar həddində başa vura bildi.
2021-ci ildə isə 71 dollar idi. Yəni cari ildə neftin Rusiya-Ukrayna müharibəsinin başlanmasından əvvəlki göstəricilərə qayıdışı proqnoz edir.
Qaz bazarları ilə bağlı proqnozlarda isə il ərzində qiymətlərin daha çox dəyişkən olması ilə yanaşı mavi yanacağa tələbatın artımı səbəbindən bunun dəyərdə də öz əksini tapması qeyd olunur. Qeyd edim ki, ötən ilin Avropada qazın orta hərrac qiymətləri 387 dollar olub və 2023-cü illə müqayisədə qiymətlər 16 faiz ucuzlaşıb.
Cari ildə Avropada orta qaz qiymətlərinin yenidən 450-500 dollar həddinə qədər yüksəlməsi mümkündür. Bunun səbəbi isə ondan qaynaqlanır ki, Avropada son 5 ilin ən soyuq qış mövsümü yaşanır və qaza tələbat böyük olduğundan yeraltı qaz anbarları daha tez boşalır.
Artıq 2025-ci ilin əvvəlinə Avropanın yeraltı qaz anbarlarındakı ehtiyatlarının tutumu 70% həddinə düşüb. Cari ilin martın sonundadək anbarlardan aktiv qaz istifadə edilərsə, onda ehtiyatlar 40-45%-dək azala bilər. Ötən ilin martında isə bu göstərici 59%-ə yaxın idi. Demək, onda yaz-yay mövsümündə yeraltı anbarların ehtiyatlarının artırılması üçün həm daha çox qaz almaq lazım olacaq, həm də onların doldurulması zamanı daha uzun çəkəcək. Bu isə bazarda qiymətlərin daha yüksək olmasına gətirib çıxara bilər.
Neft hasilatının sabitləşməsi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yanvarın 7-də ölkəmizin aparıcı yerli telekanallarına verdiyi müsahibəsində enerji mövzusu da diqqətdə oldu. Dövlət başçısı ilk olaraq diqqəti Azərbaycan neftinə çəkdi:
“Biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq”.
Azərbaycanda neft hasilatının azalması 2011-ci ildən başlayıb və ötən 13 ildə cəmi 1 dəfə hasilatın azalmasında stabilliyin yaranması müşahidə edilib: bu hadisə 2018-ci ilə təsadüf edib ki, onda ötən illə müqayisədə hasilatı cüzi də olsa artırmaq mümkün olub. İndi hasilatın artırılması gündəmdə deyil, amma müəyyən göstərici ətrafında onun yaxın illərdə  stabilləşməsi mümkündür. Buna nail olmaq üçün “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ötən il istismara verilmiş platformadan bu il hasilatın artırılması və layihə gücünə çıxılması, həmçinin “Abşeron” və “Ümid” qaz yataqlarından kondensatın artımı planlaşdırılır.
Neft və iqtisadiyyat
Daha sonra Azərbaycan Prezidenti diqqəti maraqlı bir məsələnin üzərinə çəkir və “neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək” fikrini səsləndirir. Bunu isə onunla əsaslandırır ki, ötən ilin ilkin yekunlarına görə, ümumi daxili məhsul 4 faizdən çox artıb.
“Ümumi iqtisadi göstəricilərə nəzər saldıqda isə ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırıq. Burada isə inkişaf daha uğurludur, 6 faizdən çox artım əldə edilib. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha  yüksək olub - 7 faizdən çoxdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik”, deyə Azərbaycan Prezidenti vurğulayır.
Həqiqətən də çoxları hələ də onun fərqində deyillər ki, Azərbaycanın təkcə neft hasilatı azalmır, həm də neftdən gələn gəlirləri də azalır. Təkcə “Azəri-Çıraq-Günəşli” layihəsindən dövlətin əldə etdiyi qazanc ötən il onun pik dövründəki gəlirləri ilə müqayisədə 3 dəfədən çox azalıb: 2011-ci ildəki 19 milyard dollara qarşı ötən il Neft Fonduna AÇG-dən gələn gəlir cəmi 6 mlrd 158,5 milyon dollar olub. Amma bunun müqabilində ölkəmizdə görülən genişmiqyaslı quruculuq işlərinin həcmi kifayət qədər artıb. Demək, neftdən kənar iqtisadiyyatda dirçəliş var ki, biz bunları həyata keçirə bilirik. 
Artan valyuta ehtiyatlarımız
Bunun təsdiqi kimi isə Prezident İlham Əliyev Azərbaycanın maliyyə vəziyyətinin ildən ilə yaxşılaşdırılması və onun dayanıqlığı kimi faktorları misal çəkir. Onun sözlərinə görə, ötən ilin dövlət büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu. Amma buna baxmayaraq, biz iqtisadi idarəetmənin optimallaşmanı elə təşkil etmişik ki, valyuta ehtiyatlarımız da artdı. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir.
Və burada diqqətinizi müsahibədəki daha bir maraq doğuracaq məsələnin üzərinə yönəltmək istəyirəm. Yəni xərclərin artdığı, işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin davam etdiyi bir zaman və buna paralel neft gəlirlərimizin də azaldığı dövrdə hökumət necə valyuta ehtiyatlarının artımına nail olur. Məsələnin kökündə iqtisadi idarəetmədə tətbiq edilən yeni üsullardır.
İdarəetmədəki islahatlar
“Son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlanıb. İdarə heyətləri yaradılıb, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemləri tam açmaq mümkün olub”, deyə Azərbaycan Prezidenti bildirir.
Onun sözlərinə görə, uzun illər dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun isə bir çox səbəbləri vardı. Burada dövlət başçısı əsas səbəb kimi idarəetmədə olan qüsurlar və pozuntuların olmasını göstərir. “Buna son qoymaq üçün artıq mənim tərəfimdən belə qərar qəbul edildi və bütün dövlət şirkətlərində yeni idarəetmə modeli yaradıldı və biz bunun müsbət tərəflərini dərhal görməyə başlamışıq”, deyə Prezident Əliyev bəyan edir.
Burada dövlət başçısı uzun illər ərzində zərərlə işləyən, hər dəfə dövlət büdcəsinə, necə deyərlər, müraciət edən şirkətlərin sırasında SOCAR-ı misal çəkir və əlavə edir ki, indi Dövlət Neft Şirkəti gəlirlə işləyir.  Onu qeyd edim ki, Neft Şirkətimizin dövlətdən vəsait istəməsi əsasən ölkənin qazlaşdırılma layihələrinin həyata keçirildiyi zaman və həmçinin iri layihələrdə dövlətin ona yardımları ilə əlaqədar olub.
Qaz ixracının artırılması planları
Azərbaycan Prezidenti müsahibəsində həmçinin Avropaya qaz ixracı məsələsinə toxunub. Qaz ixracının artımından, Azərbaycanın müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun genişləndirilməsindən istifadə edərək, qaz təchizatının coğrafiyasının genişləndirilməsindən danışıb.
Prezident onu da vurğulayıb ki, hazırda 10 Avropa ölkəsi Azərbaycan qazının alıcısıdır və onlardan səkkizi Avropa İttifaqının üzvüdür:
“Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir”, deyə cənab Prezident Avropanın enerji təhlükəsizliyinə ölkəmizin verdiyi töhfənin əhəmiyyətini göstərib.
“Gələcək planlarımız qaz ixracı coğrafiyasını genişləndirməkdir. Hazırda qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa ölkələri ilə artıq danışıqlar aparırıq. Düşünürəm ki, gələn illərdə bu, mümkündür”, deyə Dövlət başçısı bildirib.
Bəs Azərbaycan Avropa bazarında yaxın illərdə qaz ixracını hansı mənbələr hesabına artırmaq niyyətindədir?
Bu sualın cavabını da dövlət başçısı izah edib: “Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə Azərbaycanın qaz hasilatına gözəçarpan töhfə olacaq. Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz “Abşeron”da qaz hasilatının 1.5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq”. Bununla yanaşı, “Qarabağ”, “Babək”, “Asiman” və digər yataqlar kimi çox perspektivli layihələr var. Bu, ölkəmizin qaz potensialımızı artıracaq. Amma  hazırda əsas məsələ yeni istiqamətlərə, yəni bazarlara çıxmaqdır. Bazara çıxışlar isə təbii ki, kəmərlərdən və onların effektiv istismarından asılıdır.
Qaz ixracı statistikası
Bu barədə isə yola saldığımız həftə “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbulda ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında maraqlı statistika açıqlayıb.

Onun sözlərinə görə, 2025-ci il yanvarın 1-dək TANAP boru kəməri ilə Türkiyəyə və daha sonra isə Avropaya TAP kəməri vasitəsi ilə nəql olunan Azərbaycan qazının ümumi həcmi 73 milyard 540 milyon kubmetr təşkil edib. “Türkiyəyə tədarük edilən kommersiya qazının ümumi həcmi 30,8 milyard kubmetr, Avropaya isə 42,74 milyard kubmetr təşkil edib”, - deyə İbadov bildirib.


Bu həcm 2018-ci il iyunun 30-dan “Şahdəniz-2” layihəsi üzrə kommersiya əməliyyatları başlayandan nəql edilib. Yəni ortalama olaraq hər gün 31 mln kubmetr və ya hər saat üçün təqribən 1,3 milyon kubmetrdən çox həcm.
İndi görürsünüzmü, qaz zəncirini yaratmaq nə qədər zaman aparan və mürəkkəb bir biznesdir. Ona görə də qeyri-neft sektorunda da əldə edilən və ediləcək nailiyyətlərə də bu cür əzmkarlıqla yanaşmaq gərəkdir ki, hiss ediləcək nəticələr əldə edilsin.   
Biizm.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Yanvar 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see133

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see128

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see124

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see122

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see118

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see118

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see118

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see118

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see117

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see116

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see116

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see115

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see114

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see114

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see113

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see113

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see113

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri