Icma.az
close
up
RU
Neft qiymətləri ilə bağlı mühüm xəbər: 53 dollarlıq ssenari nə vəd edir?

Neft qiymətləri ilə bağlı mühüm xəbər: 53 dollarlıq ssenari nə vəd edir?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin dünya bazarlarında neft qiymətlərinin daha da ucuzlaşmasını istəməsi enerji bazarlarında yeni müzakirələrə yol açıb. Vaşinqtondan gələn açıqlamalar fonunda neftin bir barelinin qiymətinin 53 dollara qədər enə biləcəyi ehtimalı gündəmə gəlib.
Hazırda qiymətlərin 58 dollar səviyyəsində olduğu bir vaxtda belə bir enişin baş verməsi qlobal iqtisadi proseslərə, xüsusilə də enerji ixracatçısı olan ölkələrə birbaşa təsir göstərə bilər.
Neft gəlirləri Azərbaycan üçün həm büdcə gəlirləri, həm də iqtisadi planlaşdırma baxımından diqqətlə izlənilən məsələdir.
Bəs neftin bir barelinin qiymətinin 53 dollara enməsi Azərbaycan iqtisadiyyatı üçün hansı risklər yarada bilər?
Bizim.Media
xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, dünya bazarlarında neftin qiymətində baş verən dəyişikliklər birbaşa Azərbaycanın ixrac etdiyi neftin dəyərinə də təsir göstərir.
 

"Azərbaycan nefti keyfiyyət göstəricilərinə görə bir çox digər neft markalarından üstündür və bu səbəbdən bazarda adətən brend neftdən 1, bəzən isə 2 dollar baha satılır. Qlobal bazarlarda neftin qiyməti aşağı düşərsə, bu proses qaçılmaz olaraq Azərbaycan neftinin qiymətində də öz əksini tapacaq. Dünya bazarında neft ucuzlaşarsa, bizim neft də həmin tendensiyanı izləyəcək. Çünki qiymətlər qlobal mexanizmlərlə formalaşır. Hazırda 2026-cı il üçün neftin qiymətinin 55–65 dollar diapazonunda olacağı ilə bağlı proqnozlar var. ABŞ isə qiymətlərin daha da enərək 53 dollar səviyyəsində olmasını istəyir”.


Xalid Kərimli vurğulayıb ki, ABŞ-nin neftin ucuzlaşmasında öz iqtisadi maraqları mövcuddur.
Onun sözlərinə görə, enerji daşıyıcılarının qiyməti aşağı düşdükdə inflyasiya zəifləyir və bu da ABŞ iqtisadiyyatı üçün müsbət amil hesab olunur:
“Enerji qiymətlərinin aşağı düşməsi inflyasiyanın səviyyəsini azaldır. ABŞ da məhz buna nail olmağa çalışır. Eyni zamanda Yaxın Şərqdə, xüsusilə də İranda mövcud olan gərginlik, geosiyasi risklər və digər qlobal faktorlar neft bazarına təsir göstərməkdə davam edir”.
İqtisadçı bildirib ki, neftin qiymətinin 55-65 dollar səviyyəsində qalması Azərbaycan hökuməti üçün riskli ssenari hesab edilmir:
“Azərbaycan hökuməti bu qiymət aralığına hazırdır. Düzdür, dövlət büdcəsində neftin baza qiyməti 65 dollar olaraq nəzərdə tutulub. Qiymətlərin ciddi şəkildə bundan aşağı düşməsi büdcə gəlirlərinə müəyyən təsir göstərə bilər, lakin bu, kritik və ya idarəolunmaz risk deyil.
Neft qiymətlərində mümkün eniş manatın məzənnəsi üçün də təhlükə yaratmır. Hazırkı şəraitdə manatın məzənnəsi ilə bağlı hər hansı problem gözlənilmir. Valyuta ehtiyatları və fiskal mexanizmlər bu cür dalğalanmaları kompensasiya etməyə imkan verir”.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Yanvar 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see250

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see176

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see174

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see168

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see160

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see152

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see143

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see142

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see141

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see140

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see138

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see137

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri