Icma.az
close
up
RU
Neft qiymətləri yüksəlir BU GÜN 4% DƏN ÇOX BAHALAŞDI

Neft qiymətləri yüksəlir BU GÜN 4% DƏN ÇOX BAHALAŞDI

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın Şərqdə gərginliyin azaldılması ilə bağlı ziddiyyətli açıqlamalar fonunda neft qiymətləri yüksəlib. 

Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:45-ə olan məlumata görə, qlobal etalon sayılan Brent markalı xam neftin may ayı üzrə fyuçers müqaviləsinin qiyməti 4,2% artaraq bir barel üçün 106,54 dollara çatıb. ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam nefti üzrə fyuçerslər isə 3,7% bahalaşaraq bir barel üçün 93,66 dollara yüksəlib.

Bazar iştirakçıları Tehrandan gələn ehtiyatlı diplomatik siqnalları diqqətlə qiymətləndirirlər. Məlumatlara görə, İran rəsmiləri hərbi əməliyyatların dayandırılmasına yönəlmiş və ABŞ tərəfindən dəstəklənən bir təklifi araşdırırlar.

İran isə Vaşinqtonla birbaşa danışıqlar apardığını açıq şəkildə təkzib edib və tərəflər arasında hələ də əsas fikir ayrılıqlarının qaldığını bildirib. Bu qeyri-müəyyənlik isə treyderlərin narahatlığını artırmaqda davam edir.

Son həftələrdə enerji bazarlarında qiymətlər son dərəcə dəyişkən olub. Çünki münaqişə qlobal xam neft tədarükü üçün kritik əhəmiyyətə malik olan Fars körfəzi regionundan enerji axınlarını pozub. Təchizatın kəsilə biləcəyi ilə bağlı narahatlıqlar fonunda bu ayın əvvəlində Brent neftinin qiyməti demək olar ki, bir barel üçün 120 dollara qədər yüksəlmişdi.

Qlobal neft daşımalarının təxminən beşdə birinin keçdiyi strateji tranzit marşrutu olan Hörmüz boğazı İranın tanker gəmilərinə hücum təhlükəsi səbəbilə faktiki olaraq tanker hərəkəti üçün bağlanıb.

Çərşənbə günü isə ABŞ və İran arasında təxminən bir aydır davam edən münaqişəni dayandırmaq üçün mümkün danışıqlarla bağlı xəbərlər yayıldıqdan sonra neft qiymətləri enmişdi.

İnvestorlar eyni zamanda Vaşinqtondan gələn ziddiyyətli siqnalları da izləyirlər. ABŞ rəsmiləri İranın konstruktiv mövqe tutmaması halında daha sərt tədbirlərin görülə biləcəyi barədə xəbərdarlıq etsələr də, Prezident Donald Trampın köməkçilərinə müharibənin tezliklə başa çatmasını istədiyini bildirdiyi qeyd olunur.

Buna baxmayaraq, xam neft qiymətləri fevralın sonlarında başlayan hərbi toqquşmalardan əvvəlki səviyyələrdən hələ də xeyli yüksək qalır. Bu vəziyyət isə dünya üzrə inflyasiya təzyiqlərinin artacağı ilə bağlı narahatlıqları gücləndirir və mərkəzi bankların yenidən faiz dərəcələrinin artırılmasını nəzərdən keçirməsinə səbəb ola bilər.

Capital Economics analitikləri müştərilərə göndərdikləri qeyddə bildiriblər ki, enerji təchizatında daha uzunmüddətli pozuntular qlobal iqtisadi aktivliyə ciddi zərbə vura bilər. Onların sözlərinə görə, belə bir ssenari 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra yaşanan vəziyyətə bənzər təsir yarada və daha geniş miqyaslı pul-kredit siyasətinin sərtləşdirilməsi dalğasına səbəb ola bilər.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://marja.az
archiveBu xəbər 26 Mart 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri