Icma.az
close
up
RU
Neft üzrə büdcə gəlirlərinin azalma riski var

Neft üzrə büdcə gəlirlərinin azalma riski var

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qlobal enerji bazarlarında sabitlik və qiymət balansı həm istehsalçı, həm də istehlakçı ölkələr üçün strateji əhəmiyyət kəsb edir. Son illərdə neft qiymətlərində müşahidə olunan dalğalanmalar, iqtisadi böhranlar və tələbin dəyişkənliyi bazarda təklif və tələb arasındakı balansın nə qədər həssas olduğunu göstərir.

Bu kontekstdə, OPEC+ ölkələrinin hasilatı artırmaq qərarları beynəlxalq enerji siyasətində diqqət mərkəzindədir.

Metbuat.az xəbər verir ki, mövzu barədə Kredit.az-a açıqlama verən iqtisadçı-alim Vüsalə Əhmədova bildirib ki, OPEC+ ölkələrinin neft hasilatını artırmaq planları bazarda əlavə təklif və qiymətlərin aşağı düşməsi riski yaradıb:

“Məsələn, noyabr ayı üçün hasilat artımı planlama qərarı bazarın bəzi ehtiyatlarını yumşaltmışdır. Həmçinin də, qlobal iqtisadi artımın yavaşlaması ABŞ, Çin və AB ölkələri kimi, xüsusilə böyük tələbatçı ölkələrdə neftə olan tələbə mənfi təsir göstərir. Beləliklə, bazarda tələb çatışmazlığı ehtimalı qiymətləri aşağı çəkir. Əlavə olaraq, İsrail-Hamas toqquşmaları başladıqda neft boru kəmərləri və neft axını üçün risklər yaranmışdı. Bu tip risklər “supply shock” (təklif şoku) yaradırdı və bazar iştirakçıları bunu qiymətlərə daxil edirdilər. Hazırda isə, Gəzza ilə bağlı atəşkəs xəbəri riskləri azaldaraq qiymətlərin bir qədər enməsinə səbəb olub”.

ABŞ-nin Çinə tətbiq etdiyi tariflər və ixrac məhdudiyyətləri dünya iqtisadiyyatında qeyri-müəyyənliyi artırdığını diqqətə çatdıran iqtisadçı vurğulayıb ki, bu da enerji tələbatına dair pessimizmə yol açır:

“OPEC+ üzvlərinin istehsal siyasəti və ABŞ-də qazma fəaliyyətinin bərpası nəticəsində qlobal təklifin 2026-da artacağı proqnozlaşdırılır. Qabaqcıl analitiklər də 2026-da stokların artacağını və nəticədə Brent markalı neftin qiymətində azalma potensialı olduğunu bildirirlər. Bu, xüsusilə zəif tələblə eyni vaxtda baş verərsə, qiymətlərin davamlı olaraq təzyiq altında qalmasına gətirib çıxara bilər. Bundan əlavə, dünyada iqtisadi artımın yavaşlama ehtimalı və həmçinin, ABŞ-Çin ticarət gərginliklərindən doğan tələbatın zəifləməsinin də neftə olan tələbə mənfi təsir göstərəcəyini söyləyə bilərik”.

V.Əhmədova qeyd edib ki, tələbdə gözlənilməz zəifləmələr enerji qiymətlərində kəskin enişlərə yol açmaqla bərabər dolların güclənməsi də enerji qiymətlərinə təsir göstərir və maliyyə seqmentlərində risk iştahasını azaldır:

“Bütün bu proqnozların fonunda bizim kimi, enerji ixracatçısı ölkələrdə büdcə gəlirlərinin azalma riski yaranır. Əlbətdə, digər bir ssensri də istisna deyil. Orta Şərqdəki gərginliklər, dəniz nəqliyyatı marşrutlarında gərginlik, bloklanma və ya hərbi risklər, Rusiyaya qarşı sanksiyalar və s. kimi geosiyasi hadisələr təchizatı məhdudlaşdıra və ani qiymət sıçrayışları yarada bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri