Icma.az
close
up
RU
Neft və Sənaye Universitetində QS Beynəlxalq Reytinq Agentliyinin rəhbər şəxsləri ilə görüş keçirilib AZƏRTAC

Neft və Sənaye Universitetində QS Beynəlxalq Reytinq Agentliyinin rəhbər şəxsləri ilə görüş keçirilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov “Quacquarelli Symonds” (QS) Beynəlxalq Reytinq Agentliyinin rəhbər şəxsləri – baş vitse-prezident Ben Sovter, regional direktor Sergey Xristolyubov və analitika və qiymətləndirmə üzrə direktor Leyg Kamolins ilə görüşüb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Öncə qonaqlar ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyalarında, kompüter otaqlarında yüksək təhsil və elmi-tədqiqat üçün yaradılmış şəraitlə tanış olublar.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova, UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibovanın da iştirak etdiyi görüşdə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin, o cümlədən ADNSU-nun QS reytinqindəki uğurlarından, ADNSU ilə QS arasındakı əməkdaşlıq əlaqələrinin genişlənməsindən bəhs olunub.

Dosent Vazeh Əskərov qonaqların diqqətinə çatdırıb ki, QS-lə əməkdaşlıq universitet üçün yeni beynəlxalq əlaqələr yaradır və yaxın illərdə təhsil və tədrisin yüksəldilməsi və elmi istiqamətdə mühüm nailiyyətlərin əldə olunması sayəsində universitet QS reytinqində daha da ön sıralarda qərarlaşmağı hədəfləyib.

Qonaqlar ADNSU-da QS-in müəyyən etdiyi meyarları da özündə birləşdirən müasir tələblərə uyğun pedaqoji və elmi fəaliyyəti yüksək qiymətləndiriblər və bu yeniliklərin QS reytinqində əvvəlki illərlə müqayisədə ön sıralarda qərarlaşmasında öz əksini tapdığını bildiriblər. Xüsusilə son iki il ərzində ADNSU-nun akademik göstəricilərdə böyük fərqlə irəliləməsinin təqdirəlayiq olduğunu qeyd ediblər.

Görüşdə əməkdaşlıq əlaqələri müzakirə edilib, həmçinin yeni hədəflərə və perspektivlərə toxunulub.

Xatırladaq ki, noyabrın 18-də Bakıda QS tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib. Yeni nəticələrə görə, ADNSU Azərbaycan universitetləri arasında 3-cü, dünyada isə 1351-1400-cü yerdə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri