Icma.az
close
up
RU
“Neftçi” hara gedir? Bundan betər olmayıb TƏHLİL

“Neftçi” hara gedir? Bundan betər olmayıb TƏHLİL

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın ən köklü klubu olan “Neftçi” yenə avrokuboklardan kənar qalıb.

İdman.biz xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda 2024/25 mövsümü başa çatmamış qitəmiqyaslı turnirlərdə iştirak şansını itirib.

Bakı klubu 2025/26 mövsümündə də Avropada olmayacaq. Bu, ardıcıl ikinci dəfə yaşanacaq. Paytaxt təmsilçisi cari mövsümdə də avrokubokları kənardan seyr edib.

“Neftçi”nin tarixinə nəzər salsaq, ardıcıl iki mövsüm Avropaya çıxmamaqdan betəri olmayıb. İki il qitə kuboklarına vəsiqə qazanmamaq “ağ-qaralar”ın antirekordudur.

Bakılılar indiyədək yalnız bir dəfə ardıcıl iki ili boşa verib. 2009/10 və 2010/11 mövsümlərində Avropa qatarında “Neftçi”yə yer tapılmayıb. Həmin dövr klub tarixində ilk belə qara seriya olub.

Antirekord 15 ildən sonra təkrarlanıb. “Ağ-qaralar” üçün 2024/25 və 2025/26 mövsümləri qara rənglə başlayacaq.

“Neftçi”nin Avropadakı çıxışlarına nəzər salsaq, daha bir dəfə ardıcıl iki il qitə kuboklarına qatılmadığını görmək olar. Amma 2002/03 və 2003/04 mövsümlərini klubun passivinə yazmaq, uğursuz çıxışla bağlamaq düzgün deyil. Çünki ölkədə futbolun olmadığı dövrdə təkcə “Neftçi” deyil, Azərbaycan klubları UEFA miqyaslı turnirlərə buraxılmayıb. Bir sözlə, həmin fasilə vəsiqə qazanılmaması ilə bağlı olmayıb.

Ümumiyyətlə isə Azərbaycan klublarının Avropa səhnəsinə çıxdığı 1994-cü ildən indiyədək 10-cu dəfə “Neftçi” qitə kuboklarında olmayacaq. Bunlardan ikisində Azərbaycan bu turnirlərə buraxılmayıb. “Ağ-qaralar” tarixində 8-ci dəfə vəsiqə qazana bilməyib. Əgər iki dəfə 2 mövsümlük seriya yaşanıbsa (2009/10-2010/11 və 2024/25-2025/26), digər 4 halda bu həsrət (1994/95, 1998/99, 2006/07, 2017/18) qısa sürüb.

“Neftçi” 22 dəfə avrokuboklara qatılıb. Paytaxt təmsilçisi mübarizəyə 7 dəfə Çempionlar Liqasında, 11 dəfə Avropa Liqası (əvvəl UEFA kuboku) və 2 dəfə Konfrans Liqasında başlayıb. Digər iki start artıq keçirilməyən Kuboklar kuboku və İntertoto kubokunda gerçəkləşib.

“Neftçi” və avrokuboklar:
1994/95. Vəsiqə qazanmayıb
1995/96. Kuboklar kuboku
1996/97. UEFA kuboku
1997/98. Çempionlar Liqası
1998/99. Vəsiqə qazanmayıb
1999/2000. UEFA kuboku
2000/01. UEFA kuboku
2001/02. UEFA kuboku
2002/03. Azərbaycan təmsil olunmayıb
2003/04. Azərbaycan təmsil olunmayıb
2004/05. Çempionlar Liqası
2005/06. Çempionlar Liqası
2006/07. Vəsiqə qazanmayıb
2007/08. UEFA kuboku
2008/09. İntertoto kuboku
2009/10. Vəsiqə qazanmayıb
2010/11. Vəsiqə qazanmayıb
2011/12. Çempionlar Liqası
2012/13. Çempionlar Liqası
2013/14. Çempionlar Liqası
2014/15. Avropa Liqası
2015/16. Avropa Liqası
2016/17. Avropa Liqası
2017/18. Vəsiqə qazanmayıb
2018/19. Avropa Liqası
2019/20. Avropa Liqası
2020/21. Avropa Liqası
2021/22. Çempionlar Liqası
2022/23. Konfrans Liqası
2023/24. Konfrans Liqası
2024/25. Vəsiqə qazanmayıb
2025/26. Vəsiqə qazanmayıb

Qeyd edək ki, “Neftçi”nin avrokuboklara nəzəri şansları Misli Premyer Liqasının XXXII turunun “Sumqayıt”la sərər oyunundan (2:2) bitib.

Vüqar Xeyrullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Aprel 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri