Icma.az
close
up
RU
Neftçi azarkeşlərinin sualından Qurbanovun hakim tənqidinədək TƏHLİL

Neftçi azarkeşlərinin sualından Qurbanovun hakim tənqidinədək TƏHLİL

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən Misli Premyer Liqasında XX tura yekun vuruldu. 3 günü əhatə edən turda 5 görüş keçirildi.

Matçlardan biri Şamaxıda, digər 4-ü isə paytaxtda baş tutdu. Meydan sahibləri və qonaqlar hərəyə 2 qələbə qazandı, bir oyunda isə hesab açılmadı.

Tura Şamaxıda start verildi. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul etdi. “Şirlər” hesabı açmağa nail olsalar da, nəticədə xalsız qaldılar. Qəsəbə təmsilçisi əzmkar qələbəyə sevindi. Ötən tur “Araz-Naxçıvan”ı məğlub edərək 3-cü pilləyə yüksələn “Zirə” mövqeyini qorumağı bacardı. Bununla da, Rəşad Sadıqovun yetirmələri məğlubiyyətsiz oyunlar seriyasını 6-ya yüksəltdi. Komanda bu müddətdə 5 qələbə qazanıb və 1 heç-heçə edib. Həmin bərabərlik də “Turan Tovuz”la görüşdə qeydə alınıb. Mövsümün startında avrokubok yorğunluğunu və qeyri-sabitliyi üzərindən ata bilməyən komanda artıq özünə gəlməyə başlayıb. “Qartallar”ın oyununda yaxşı mənada rahatlıq hiss olunur. Sadıqov qışda transferlər etmədən əlindəki heyəti qorumağı bacarıb. Ümumilikdə “Zirə”nin eyni baş məşqçi və heyəti illər ərzində qoruması, ehtiyac yarandıqda 1-2 mövqe transferi etməsi müsbət haldır. Bu, “Qarabağ”ın transfer siyasətinə bənzəyir. Ümid edək ki, nəticəsi də ən azı eyni dərəcədə olacaq.

“Şamaxı”nı qınamaq üçün tezdir. Çünki komanda qış fasiləsinə qədər bir neçə futbolçusunu itirmişdi. Oyunçularının adının mənfi hadisələrdə hallanması isə “Şamaxı”da müəyyən ruh düşkünlüyü yaratmışdı. Buna baxmayaraq, klub “transfer pəncərə”sində ən aktivlərdən biri oldu. Bir neçə legioner futbolçunu rənglərinə bağladı. Ötən günkü matçın start heyətində isə 4 yeni oyunçu çıxış edirdi. Ayxan Abasovun komandasının zamanla düzələcəyinə, turnir cədvəlinin orta sıralarında qərarlaşacağına inanmaq olar. 

İkinci günün ilk matçı “ASCO Arena”da keçirildi. Autsayderlərin duelində “Səbail” “Kəpəz”i məğlub etdi. Bununla da, “dənizçilər” sonuncu pilləni tərk etdilər. Gəncə təmsilçisinin yenilgisi ötən tur Tovuzda qazanılan qələbəni unutdurdu. Bəlkə də, məğlubiyyətin səbəbi həmin qalibiyyətin eyforiyasıdır. Çünki “Kəpəz” heyət baxımından üstün olduğu rəqiblə dueldə daha aktiv oyun nümayiş etdirirdi. 

“Səbail” düşərgəsində isə ab-hava yüksəkdir. Qış fasiləsindən sonra qazanılan ardıcıl 2 qələbə komandada ruh yüksəkliyi və motivasiya yaradıb. Amma yenə də “dənizçilər” heyət baxımından ən zəif kollektivdir. “Səbail” elitada qalmaq istəyirsə, keyfiyyətli transferlər etməlidir.

Günün növbəti duelində “Sabah “Sumqayıt”ı qəbul etdi. Meydan sahiblərinin üstünlüyü ilə keçən matçda hesab açılmadı. Ümumi baxanda “gənclik şəhəri” təmsilçisinin 1 xal qazandığını, “bayquşlar”ın isə 2 xal itirdiyini söyləmək olar. Heyətində ciddi itkilər olan “Sumqayıt” görüş üçün müdafiə taktikasını seçmişdi və demək olar ki, oyunun sonuna qədər də bu plana sadiq qaldılar. “Sabah” isə rəqibini tam olaraq hücumda qarşılayırdı. Matç ərzində “bayquşlar” bir neçə dəfə fərqlənməyə yaxın oldular. Bunlardan bəzilərində “Sumqayıt”ı bəxt xilas etdi, bəzilərində isə “Sabah”ın bitiriciliyi yetərli olmadı. Nəticə isə təbii ki, qonaqlara sərf etdi. Lakin Vaqif Cavadov ciddi şəkildə düşünməli, yeni plan qurmalıdır. Çünki bu taktika ilə davam etmək mümkün olmayacaq. Həm də müdafiə planında oynamaq komandanı ikiqat yorur və bu yorğunluq özünü növbəti matçlarda da göstərəcək. 

“Sabah” üçün də durumlar yaxşı deyil. Komanda dominant futbol oynamağı, üstünlüyü əlində saxlamağı və qol epizodları yaratmağı bacarır. Lakin bunları dəyərləndirməkdə ciddi problemlər yaşayır. Vasili Berezutski bitiricilik üzərində xüsusi nələrsə etməlidir. Əks halda, avrokuboklar zonası daha da əlçatmaz olacaq. 

Turun son oyun gününə Mərdəkanda start verildi. “Araz-Naxçıvan” “Neftçi”ni qəbul etdi. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələndi. Elmar Baxşıyevin komandası müdafiədən hücuma keçidlərdə, ön xətdə yaradılan pressinqdə rəqibini aşkar üstələdi. Muxtar respublika təmsilçisinin hər əks-hücumu “ağ-qaralar” üçün həyəcana səbəb olurdu. Felipe Santosun topu arxadan irəli daşıması, ön xətdəki fəallığı meydan sahibləri üçün əlavə üstünlükdür. 

“Neftçi”nin durumu isə sanki gündən-günə daha da pisləşir. Ötən tur “Sabah”la heç-heçə edən komanda “Araz-Naxçıvan” qarşısında cəmi 15-20 dəqiqə futbol oynamağı bacardı. Sanki Samir Abasov bu matçdakı seçimləri ilə kiməsə nəsə sübut etməyə, kimlərəsə sözünü deməyə çalışırdı. O, start heyətində ciddi dəyişikliklər etmişdi. Robert Bauer, Ramil Şeydayev, Murad Məmmədov və yeni transfer Elvin Camalovu oyuna ilk dəqiqələrdən daxil edən mütəxəssis görüşə iki dayaq yarımmüdafiəçisi ilə çıxmışdı. Abasov fasilədə 4 dəyişiklik birdən etdi. Azarkeşlərin “niyə şans qazanmır?” sualına cavab olaraq, ikinci hissənin startında oyuna Ağadadaş Salyanski daxil oldu. Lakin heç nə ilə yadda qalmadı. Artıq avrokubokların “Neftçi” üçün möcüzə olduğunu söyləmək mümkündür.

Turun mərkəzi görüşü isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu. “Qarabağ” “Turan Tovuz”u qəbul etdi. Komandaların bu mövsümdəki üçüncü duelində də ağdamlılar qələbə qazana bilmədi. Hətta məğlub oldu. Tovuzlular hesabda geri düşdüyü matçın son dəqiqələrində 2 qol vuraraq, 3 xalı əldə etməyi bacardı. Qərb təmsilçisində baş məşqçi faktoru aşkar görünür. Kurban Berdıyevin təcrübəsi və oyun planı komandaya çox şey qatır. Onun yetirmələrinin tək mənfisi isə favorit sayıldıqları oyunlara ciddi yanaşa bilməmələridir. Komanda “Qarabağ”, “Sabah” kimi rəqiblərlə görüşlərə xüsusi motivasiya, istəklə çıxır və nəticə əldə edir. Lakin “Səbail”, “Kəpəz” kimi komandalarla görüşlərdə əziyyət çəkir. Tovuz klubunun yeni transferlərinin də uğurlu olduqlarını söyləmək olar. Onlar artıq komandaya uyğunlaşma prosesini bitirmək üzrədirlər. 

“Qarabağ” isə sanki çöküşdədir. Ağdam təmsilçisinin çıxışında mövsümün əvvəlindən düşüş sezilirdi. Juninyo və Yassin Benziyanın yoxluğunda isə bu, aşkar görünməyə başlayıb. Komandada qapıçı problemi davam edir. Nə legionerlər, nə də Şahruddin Məhəmmədəliyev istəniləni verə bilmir. Müdafiə planında “Qarabağ”ın ciddi çətinlikləri var. Bu mövqedə edilən səhvlər ağır nəticələrə gətirib çıxarır. Həmçinin hücum xəttində də durum ürəkaçan deyil. Nəriman Axundzadə və Musa Qurbanlı məhsuldarlıq göstərə bilmirlər. Bəlkə də futbolçular artıq uğura doyublar. Ağdamlıların oyununda istək görünmür. Matçdan sonra Qurban Qurbanovu uzun zaman sonra ilk dəfə hakimə etiraz etdiyinin şahidi olduq. Lakin bu gün Hakimlər Komitəsinin sədri Frank de Bleker həmin qərarın doğru olduğunu vurğuladı...

"Qarabağ" üçün arzuolunmaz rəqib: "Turan Tovuz" “Neftçi”nin qapıçısı Azərbaycan çempionatlarında 100-cü matçını keçirib De Blekerdən Qurban Qurbanovun etirazına cavab - VİDEO Millimizin hazırlıq üçün heyəti açıqlanıb “Araz-Naxçıvan”dan 20-ci ev qələbəsi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://apasport.az
archiveBu xəbər 27 Yanvar 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see192

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see174

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see161

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see127

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see121

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri