Neftçi yayın işini qışa saxlamır: Daha bir legionerini göndərib İdman və Biz
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb.
İdman.biz "Apasport"a istinadən xəbər verir ki, "qışda gedənlər karvanı"na daha bir legioner qoşulub.
Söhbət "flaqman"ın sen martinli vingeri Kilan Lebondan gedir.
Özünü komandada xoşbəxt hiss etməyən Lebon ayrılıqla bağlı istəyini məşqçilər korpusuna və rəhbərliyə bildirib.
Kilanın bu müraciəti müsbət qarşılanıb və onla qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Mövsümün əvvəlində Roman Qriqorçukun dəvəti ilə yenidən komandaya qoşulan və klubla yeni müqavilə imzalayan Lebonun qış fasiləsində özünə yeni komanda tapdığı bildirilib.
Samir Abasovun da performansından narazı olduğu Kilan Lebon demək olar ki, gedişini yaya saxlamayıb.
Bu ayrılıqla bağlı rəsmi açıqlamanın klub tərəfindən yaxın günlərdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Lebon 2023-cü ilin yanvar ayında komandaya qoşulub. 2025-ci ilin iyul ayında müqaviləsi bitəcək futbolçu bu mövsüm "Neftçi" forması ilə 16 matçda iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 07 Yanvar 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















